BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağcabədidə iki nəfər öldürülüb, cinayət işi başlanıb

Aprelin 26-da Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakinləri 1996-cı il təvəllüdlü Şaiq Mamedov və 1989-cu il təvəllüdlü Həsən Mamedovun öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Ağcabədi rayon prokurorluğu məlumat yayıb.

 

İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Əliniyaz Əliyevin şəxsi münasibətlər zəminində bıçaqla xəsarətlər yetirərək Şaiq Mamedov və Həsən Mamedovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Əliniyaz Əliyev iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

 

Hazırda ibtidai istintaq davam etdirilir.

Tarix: 27 Aprel 2026, 12:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin