BURADA REKLAMINIZ OLA
BİLƏR

Sahib Məmmədov yeni stansiyanın tikiləcəyindən danışdı: “Binaların çökməsinə, yeraltı boşluqların çoxalmasına gətirə bilər” - YENİLƏNDİ

Bir xəbər oxudum və dəhşətə gəldim. "Bakı Metropoliteni" QSC dövlət proqramının bir hissəsi olaraq, Nizami stansiyasının yaxınlığında B5 stansiyasının tikiləcəyini açıqlayıb. Stansiya Mərkəzi Parkın altında yerləşəcək və Nizami stansiyasına qoşulmanı təmin edəcək. Bu, sadəcə ağılsızlıqdır.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.

 

O xatırladıb ki, 28 May-Nizamı xətti kesson üsulu ilə tikilib: “Tikiləndən sonra xəttin biri çöküb və sonradan 6 ay ərzində bərkidilib”.

 

S.Məmmədovun sözlərinə görə, həmin ərazi yeraltı suların aktiv zonsıdır: “Yeni layihə son dərəcə böyük xərc tələb edən səmərəsiz və təhlükə yarada bilən layihədir. Ərazinin hidrogeoloji şəraiti belə layihələrin icrasına imkan vermir. Pul silməyə yer tapmırlar deyəsən?”

 

O əlavə edib: “Bildiyim qədərilə stansiya dağ-mədən üsulu ilə tikilməlidir, çünki Nizami stansiyası dərində yerləşir. Üstəgəl “Nizami-Elmlər Akademiyası”  stansiyalarının nisbi hündürlük fərqi 110 metrdir. Yol 60 000 meyilliliklə tikilib. Hansı zülmlə tikilib onu da bilirik. Əlbəttə, tikmək mümkündür. Amma nəyin bahasına? Əlavə yüzmilyonlar niyə zərurət olmadan xərclənməlidir? Halbuki, həmin vəsaitlə bir neçə yeni metro xətti çəkmək olar. Mən o vaxt “Elmlər Akademiyası” stansiyasına əlavə giriş tikiləndə də “Metrotikinti”ASC-nin rəhbəri Şaiq müəllimə demişdim ki, əlavə girişin olması yaxşıdır, amma ona çəkiləcək xərc kifayət qədər böyükdür və xərci doğrultmur. “Təhlükəli” deyəndə həm də onu nəzərdə tuturam ki, yeraltı suların hərəkət istiqamətinin və dinamikasının dəyişməsi uzunmüddətli planda Bakı şəhərində binaların çökməsinə, yeraltı boşluqların çoxalmasına gətirəcək. Çünki su özünə yol tapacaq. Həmin ərazilərdən təxminən 144 yeratı axın var. "Elmlər Akademiyası" xətti tikiləndə səhv etmirəmsə, 144 yerdən betonlama və tamponaj işləri aparılmışdı. Bir növ bəndlər vurulmuşdu. Tikinti planlaşdırlan ərazidən bir az yuxarıda suyun özü-özünə toplandığı 13 000 kub həcmində tutumu olan su qaleriyası var. Şirin sudur. Həcmi saxlamaq üçün hər sutkada 3000 kub suyu kanalizasiya sisteminə ötürürlər”.

Tarix: 28 Aprel 2026, 21:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin