BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB-ə yeni icraçı direktor müavini təyin edildi

Rahim Hüseynov TƏBİB-ə yeni icraçı direktor müavini təyin edilib.

 

Bu barədə TƏBİB-dən məlumat verilib.

 

Qeyd edilib ki, o, 2021–2025-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərib. 2025-ci ildən etibarən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

 

Rahim Hüseynov, 2024-cü ildən Azərbaycan Auditorlar Palatasının üzvüdür.

Tarix: 1 May 2026, 10:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin