BURADA REKLAMINIZ OLA
BİLƏR

Oqtay Gülaliyevin oğlundan atası ilə bağlı məlumat yayanlara İRAD

Komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev atası ilə bağlı məlumat yayanlara irad bildirib.

 

Pravda.az-ın xəbərinə görə, T.Gülalıyev deyib ki, Oqtay Gülalıyevlə bağlı məlumatları o və ya qardaşı Əli Gülalı təsdiq etməyincə yaymasınlar.

 

“Təəssüf ki, hələ gözlərini açmayıb. Düzdür, getdikcə səhhətində yaxşılığa doğru hallar baş verir amma hələ ki, ayılmayıb. Tezliklə şad xəbəri vermək ümidi ilə...” – Hüquq müdafiəçisinin oğlu qeyd edib.

 

Xatırlatma: Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib. Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib. Heydər Əliyev Fondu Oktay Gülalıyevin müalicəsini üzərinə götürüb. Ailəsinin müraciəti nəzərə alınaraq, koma vəziyyətində olan Oqtay Gülalıyevin müalicəsinə dəstək baxımından xaricdən mütəxəssislər cəlb olunub. İstanbuldan dəvət olunmuş həkim Oqtay Gülalıyevin vəziyyəti ilə yerində tanış olub. Ailəsi Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, o, Türkiyəyə aparılıb. Hazırda İstanbulda Amerika  xəstəxanasındadır.

Tarix: 15 Dekabr 2019, 19:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin