BURADA REKLAMINIZ OLA
BİLƏR

Jurnalist Avropa ölkələrindən deport olunmamağın şərtlərini açıqladı – “Qorxmayın!”

Hazırda Almaniyada yaşayan jurnalist Yafəs Həsənov Avropa ölkələrindən deport olunmamağın şərtlərini açıqlayıb.

 

Pravda.az-ın verdiyi xəbərə görə, Y.Həsənov qeyd edib ki, əgәr kimsә aldadıldığını, insan alveri qurbanı olduğunu istintaqa etiraf edәrsә, avtomatik cinyәt işindә zәrәrçәkәn kimi qeydә alınacaq: "Cinayәt işi başa çatana kimi (bu әn az 2-3 il sürәcәk) bu adamı deport etmәyәcәklәr. Çünki, mәhkәmәdә zәrәrçәkәn kimi ifadә vermәlidi. İş bitdikdәn sonra isә hәmin şәxsin humanitar oturum alması şansı yüksәlir. Zәrәrçәkәnlər isə insan averi qurbanları, pul qarşılığında aldadılaraq Avropaya gәtirilәn, viza, arayış vә başqa sәnәdlәrlә tәmin olunan şәxslәrdir.

 

Nә etmәk lazımdı? Sizi çağırmadan özünüz polisә müraciәt edin. Avropada yaxşı hәyat vәd edәrәk, sizi aldadaraq ev-eşiyinizi satdırıb, yaxud әlinizdәki bütün pulları mәnimsәyib bura gәtirәn şәxslәrin adını deyin. AKM, Müsavat arayışların kimdәn, neçәyә aldığınızı etiraf edin. Bunları etsәz avtomatik zәrәrçәkәn kimi qeydә alınacaqsız. Ola bilәr ki, Avropaya özünüz gәlmisiz vә burda AKM-dәn olan, yaxud başqa insan alverçilәrinin toruna düşmüsüz. Heç fәrq etmir. Zәrәrçәkәnsiz yenә dә. Qorxmayın! Unutmayın ki, aldadılaraq insan alverçilәrinin qurbanı olduğunuza görә heç bir mәsuliyyәt daşımırsız. Arayış vә sәnәdlәri bilәrәkdәn rüşvәt verib alsanız belә. Çünki, siz aldadllaraq buna mәcbur edilmisiz. Әziz hәmvәtәnlәr, bunu edin vә deport tәhlükәsindәn sığortalanın".

Tarix: 15 Dekabr 2019, 20:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin