BURADA REKLAMINIZ OLA
BİLƏR

“Dentera Dental Clinic” şikayətə cavab verdi: Adı hallanan stomatoloqlar artıq klinikada çalışmır - VİDEO

“Dentera Dental Clinic”in baş həkimi Şahin Bayramov yanlış müalicə ilə bağlı şikayətə münasibət bildirib.

 

Pravda.az-ın Xezerxeber.az-a istinadən verdiyi xəbərə görə, Ş.Bayramov deyib ki, adı hallanan stomatoloqlar artıq klinikada çalışmır.

 

“Əməkdaşlıq etdiyimiz bəzi həkimlərin səhlənkarlığı nəticəsində müəyyən problemlər yaranıb. Bu, aradan qaldırıla bilən problemdir. Rəhbərlik tərəfindən dərhal reaksiya verilib. Pasiyenti daha peşəkar həkimlərimizə yönləndirməyə hazırıq, nə lazımdırsa, ediləcək. Pasiyentin ödədiyi vəsait artıq ona geri qaytarılıb”, - baş həkim qeyd edib.

 

Qeyd: şikayətçi Gülnarə Məmmədova deyib ki, övladı Ayan Məmmədzadə 7 aydır, yanlış müalicənin fəsadlarını yaşayır. Onun sözlərinə görə, qızı bu müddətdə “Dentera Dental Clinic”də 3 həkim dəyişib. Aparılan yanlış müalicə ciddi problemə səbəb olub. Şikayətçinin sözlərinə görə, ilkin mərhələdə müalicə Qüdrət adlı stomatoloqa həvalə olunub. Lakin qısa müddət sonra həkimin klinikadan ayrıldığı bildirilib. Daha sonra pasiyent klinikanın başqa filialına yönləndirilib. Şikayətçi bildirir ki, burada da müalicəni davam etdirən həkim qısa müddət sonra klinikadan ayrılıb.

 

Tarix: 8 May 2026, 01:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin