BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyev: “Həzi Aslanov və Polad Həşimov xalqımızın qəlbində əbədiyyətə qədər yaşayacaq”

“Qəbələ rayonunda mərhum generalımız Polad Həşimovun adına küçə verildikdən sonra, bu sahədə aparılan qərəzli və xoşagəlməz söhbətlər hər bir Azərbaycan vətəndaşını narahat etdi”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib.

 

“Verilən həqiqətə uyğun olmayan məlumatlara əsasən guya Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adına olan küçənin adı dəyişdirilərək mərhum generalımız Polad Həşimovun adı verilib. Lakin Qəbələ Rayon İcra Hakimiyyəti rəsmi olaraq xəritələri təqdim etmiş və məlum olub ki, Polad Həşimovun adı Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə verilib. Polad Həşimov küçəsi Həzi Aslanov küçəsi ilə kəsişmədən başlayaraq son nöqtəsi Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək davam edir. Bir daha bildiririk ki, həm Həzi Aslanov, həm də Polad Həşimov Vətən uğrunda şəhid olan digər qardaş və bacılarımız kimi bizim qəhrəmanımızdır, onların hər biri ərazimizin bütövlüyü uğrunda canlarından keçiriblər, bu səbəbdən də xatirələri xalqımızın qəlbində əbədiyyətə qədər yaşayacaq” – A.Əliyev qeyd edib.

Tarix: 7 Avqust 2020, 11:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin