BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı qadın Londonda vəfat etdi

İngiltərədə azərbaycanlı qadın vəfat edib.

 

Pravda.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

 

Xeyli müddətdir bu ölkədə yaşayan Natəvan Qasımzadə dünyasını dəyişib.

 

34 yaşlı Natəvanın hamiləliklə əlaqədar qəfil vəfat etdiyi bildirilib.

 

Qeyd edək ki, N.Qasımzadə “Westminster” Universitetində “Hematologiya” ixtisası üzrə magistr təhsili alıb. O, daha sonra İngiltərədə qalaraq tibb sahəsində çalışmağa başlayıb.

Tarix: 12 May 2026, 09:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin