BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Azərbaycan özünə inamlıdır, sabitliyi qoruyan ölkədir və dünyada baş verən proseslərə rəğmən özünü qürurlu aparır, çəkinmir"

"Sülh prosesinin möhkəmlənməsi üçün praktiki addımlar atılır. Ermənistanda keçiləcək parlament seçkiləri böyük şansdır ki, ya sülh tərəfdarları qalib gəlsinlər, ya da revanşistlər sülhə müqavimət göstərsinlər".

 

Pravda.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fariz İsmayılzadə "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda keçirilən dəyirmi masada deyib.

 

"Sülhə qarşı olan qüvvələr var. Seçkilər onlar üçün sonuncu şansdır ki, prosesi dayandırsınlar. Azərbaycana qarşı qəbul edilən qətnamələrdə lobbi qrupların da rolu var. Nəhayət, Ermənistan kilsəsi proseslərə dəstək verir. Birləşib sülhə müqavimət göstərmək istəyirlər. Xarici qüvvələr də Ermənistandakı seçkilərə müdaxilə etməklə Cənubi Qafqaza nəzarəti, təsirlərini artırmaq istəyirlər. Azərbaycan isə özünə inamlıdır, sabitliyi qoruyan ölkədir və dünyada baş verən proseslərə rəğmən özünü qürurlu aparır, çəkinmir. Prezidentin vizionu Azərbaycanı regionda möhkəm mərkəzə çevirməkdir", - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 12 May 2026, 15:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin