BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan nümayəndə heyəti Ermənistandakı seçkiləri izləyəcək? - AÇIQLAMA

Milli Məclisin deputatı Fariz İsmayılzadə Ermənistanda keçiriləcək parlament seçkilərinə görə Azərbaycandan nümayəndə heyətinin İrəvana gedib-getməyəcəyi barədə məsələyə aydınlıq gətirib.

 

Pravda.az-ın xəbərinə görə, o, "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda keçirilən dəyirmi masada deyib ki, sülhə dəstək üçün qarşılıqlı addımlar atılır.

 

"Dəfələrlə qarşılıqlı görüşlər keçirilib. Bütün bunlar göstərir ki, sülh üçün birgə addımlar atılır. Seçkilərlə bağlı müşahidə formatı müxtəlif olur. Ermənistanda keçiriləcək seçkilərə beynəlxalq təşkilatlar çərçivəsində müşahidə də ola bilər. Beynəlxalq müşahidəçlik mürəkkəb prosesdir. Bəzi ölkələrdə MSK üzvləri bu məsələyə baxır. Lakin hazırda Azərbaycanla bağlı Ermənistandakı seçkilərdə hansı formatın istifadə ediləcəyi barədə nəsə demək çətindir", - F.İsmayılzadə qeyd edib.

 

Aytəkin Qardaşova

Tarix: 12 May 2026, 15:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin