BURADA REKLAMINIZ OLA
BİLƏR

Çingiz Əhmədov: “Mən “Səssiz səslər, 44 gün” televiziya layihələrində iştirak etməmişəm, vəsaiti alanlar sırasında deyiləm” - YENİLƏNDİ - FOTO

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sifarişi ilə çəkilən “Səssiz səslər, 44 gün” film və televiziya layihələrində iştirak etməmişəm.

 

Bunu Pravda.az-a açıqlamasında Əməkdar artist Çingiz Əhmədov bildirib.

 

O deyib ki, adıçəkilən layihələrdə iştirak etmədiyinə görə vəsait də almayacaq: “Yazıda göstərilən məsələnin mənə aidiyyatı yoxdur. Heç bir sənədə imza atmamışam”.

 

***

10:49

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) “Biz, səssiz səslər, 44 gün” film və televiziya layihələri üzrə 15 000 manat sərf edəcək.

 

Pravda.az-ın xəbərinə görə, vəsait Əməkdar artist Çingiz Əhmədova ödəniləcək.

undefined

QSC və Ç.Əhmədov arasında müqavilə bağlanıb.

 

Cabir

Fotoları təqdim edirik
Tarix: 14 May 2026, 12:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin