Abşeron Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Vasif Nuriyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməklə 3 il 6 ay müddətə azadlıqdan edilib.
İttihama görə, hadisə 2025-ci ildə Bakı-Quba-Dağıstan sərhəd yolunun Abşeron rayonu ərazisindən keçən 16-cı kilometrliyində qeydə alınıb.
Belə ki, Vasif Nuriyev idarə etdiyi “DAF FT XF 105.460” markalı yük avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozub. O, 3 zolaqlı yolun sağ zolağı ilə 50–60 km/saat sürətlə hərəkət edərkən diqqətini yol şəraitindən yayındırıb və qarşıda dayanmış avtomobilə çatmadan sürəti azaltmayıb, təhlükəsiz ara məsafəsi saxlamayıb. Nəticədə təqsirləndirilən yolun sağ zolağında nasazlıq səbəbindən dayanmış və arxasında “qəza dayanacağı” nişanı qoyulmuş “Kia Optima” markalı minik avtomobilinə arxadan çırpılıb. Toqquşmanın təsiri nəticəsində minik avtomobilinin qarşısında olan piyada, zərərçəkmiş Rəhim Musayev zərbə alıb. Hadisə nəticəsində zərərçəkmiş şəxs ağır dərəcəli kəllə-beyin travması alıb. O, aldığı xəsarətlər nəticəsində müalicə aldığı Bakı şəhər Kliniki Tibbi Mərkəzində (KTM) vəfat edib.
İttihama görə, sürücü yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan insan ölümünə səbəb olub və bu əməl cinayət məsuliyyəti yaradan hal kimi qiymətləndirilib.
Məhkəmə iclasında Vasif Nuriyev ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib. O, baş vermiş hadisəyə görə peşman olduğunu bildirib.
Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, mərhumun ailəsi ilə barışıq əldə edilib. Vasif ailənin yeganə qazanc gətirən şəxsi olduğunu, himayəsində azyaşlı övladların olduğunu və əvvəllər cinayət məsuliyyətinə cəlb edilmədiyini nəzərə alaraq məhkəmədən yüngülləşdirici hallar tətbiq olunmasını xahiş edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi, mərhumun həyat yoldaşı məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışıq əldə etdiklərini bildirib. Eyni zamanda, o qeyd edib ki, mərhumun övladlarının təminatı məqsədilə onların 18 yaşına çatana qədər hər ay 300 manat məbləğində ödəniş edilməsinə dair razılıq əldə olunub.
Hüquqi varis təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını da məhkəmənin diqqətinə çatdırıb.
Qeyd: Rəhim Musayev Sumqayıt Regional Telekomunikasiya İdarəsində fəhlə işləyib.
Kamal Məmmədov
9 İyun 09:14
9 İyun 09:12
9 İyun 09:09
9 İyun 09:06
9 İyun 09:05
9 İyun 09:03
9 İyun 08:27
9 İyun 08:23
9 İyun 08:22
9 İyun 08:20
9 İyun 08:18
9 İyun 08:15
9 İyun 08:12
9 İyun 08:07
9 İyun 08:06
9 İyun 02:20
9 İyun 02:17
9 İyun 02:15
9 İyun 02:13
9 İyun 02:03
9 İyun 02:00
9 İyun 01:57
9 İyun 01:54
9 İyun 00:14
9 İyun 00:08
9 İyun 00:05
8 İyun 21:29
8 İyun 21:20
8 İyun 21:14
8 İyun 21:12
8 İyun 21:07
8 İyun 21:06
8 İyun 20:56
8 İyun 20:55
8 İyun 20:05
8 İyun 19:56
8 İyun 19:37
8 İyun 19:30
8 İyun 19:11
8 İyun 18:56
8 İyun 18:49
8 İyun 18:45
8 İyun 18:24
8 İyun 18:21
8 İyun 18:18
8 İyun 17:54
8 İyun 17:48
8 İyun 17:40
8 İyun 17:31
8 İyun 17:25
8 İyun 17:18
8 İyun 17:06
8 İyun 17:02
8 İyun 16:59
8 İyun 16:55
8 İyun 16:50
8 İyun 16:47
8 İyun 16:42
8 İyun 16:38
8 İyun 16:34
8 İyun 16:26
8 İyun 16:21
8 İyun 15:42
8 İyun 15:30
8 İyun 15:22
8 İyun 15:04
8 İyun 14:58
8 İyun 14:54
8 İyun 14:43
8 İyun 14:42
8 İyun 14:40
8 İyun 14:39
8 İyun 14:37
8 İyun 14:31
8 İyun 14:22
8 İyun 14:18
8 İyun 14:06
8 İyun 14:04
8 İyun 13:53
8 İyun 13:43
8 İyun 13:33
8 İyun 13:25
8 İyun 13:21
8 İyun 13:19
8 İyun 13:17
8 İyun 13:11
8 İyun 12:45
8 İyun 12:42
8 İyun 12:35
8 İyun 12:25
8 İyun 12:23
8 İyun 12:20
8 İyun 12:18
8 İyun 12:13
8 İyun 12:07
8 İyun 12:03
8 İyun 11:59
8 İyun 11:55
8 İyun 11:49
8 İyun 11:34
8 İyun 11:29
8 İyun 11:27
8 İyun 11:23
8 İyun 11:18
8 İyun 11:16
8 İyun 11:10
8 İyun 11:05
8 İyun 11:02
8 İyun 10:59
8 İyun 10:58
8 İyun 10:55
8 İyun 10:55
8 İyun 10:50
8 İyun 10:40
8 İyun 10:28
8 İyun 10:24
8 İyun 10:24
8 İyun 10:17
8 İyun 10:14
8 İyun 10:07
8 İyun 09:57
8 İyun 09:46
8 İyun 09:24
8 İyun 09:14
8 İyun 09:10
8 İyun 09:08
8 İyun 09:06
8 İyun 09:02
8 İyun 08:57
8 İyun 08:56
8 İyun 08:49
8 İyun 08:46
8 İyun 08:44
8 İyun 08:42
8 İyun 08:39
8 İyun 08:32
8 İyun 08:29
8 İyun 08:24
8 İyun 08:16
8 İyun 07:41
8 İyun 07:38
8 İyun 03:02
8 İyun 02:59
8 İyun 02:57
7 İyun 23:04
7 İyun 22:57
7 İyun 22:56
7 İyun 22:01
7 İyun 21:59
7 İyun 20:52
Ən son xəbərləri səhifəmizdən də izləyin