BURADA REKLAMINIZ OLA
BİLƏR

WUF13: Sabitlik adası olan Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi ən müasir şəhərsalma siyasəti - RƏY

Mayın 17-dən etibarən Bakı bir daha dünyanın diqqət mərkəzində olacaq. Paytaxtımızda BMT-nin ən nüfuzlu beynəlxalq tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumu – WUF 13 öz işinə başlayır. Şəhərsalma, dayanıqlı inkişaf, müasir urbanizasiya və yaşayış mühitinin yaxşılaşdırılması kimi mühüm mövzuların müzakirə olunacağı bu Forum Azərbaycanın qlobal miqyasda artan nüfuzunun və beynəlxalq əməkdaşlıqdakı rolunun növbəti göstəricisi sayılır. WUF 13 çərçivəsində dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr, ekspertlər və beynəlxalq təşkilatların təmsilçiləri Bakıda toplaşaraq gələcək layihələrlə bağlı strateji qərarların formalaşmasına töhfə verəcəklər.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, WUF13 – BMT-nin Şəhərsalma Forumu qlobal əhəmiyyətə malik ən mühüm beynəlxalq tədbirlərdən biridir.

Azər Badamov: “Prezident Ərdoğana heç olmasa bir dəfə yenidən etimad  göstərilməlidir” Pravda.az

Deputat qeyd edib ki, Forumda dünyanın 180-dən çox ölkəsindən 32 mindən artıq nümayəndənin iştirakı gözlənilir: “Bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasının, etibarlı tərəfdaş kimi qəbul edilməsinin, eləcə də regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına verdiyi töhfənin bariz göstəricisidir. Eyni zamanda Azərbaycanın şəhərsalma və müasir infrastruktur quruculuğu sahəsində əldə etdiyi nailiyyətlər də bu seçimin əsas səbəblərindən biridir. Bu gün ölkəmizin beynəlxalq ictimaiyyətlə bölüşə biləcəyi çox mühüm və müasir şəhərsalma təcrübəsi formalaşıb. Xüsusilə, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri dünya üçün maraqlı və nümunəvi model hesab oluna bilər. Hazırda həmin ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları əsasında yeni yaşayış məntəqələri salınır. Müasir texnologiyalar, yaşıl enerji həlləri, ekoloji yanaşmalar və dayanıqlı inkişaf prinsipləri bu layihələrin əsasını təşkil edir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı üçün yaradılan şərait göstərir ki, Azərbaycan yalnız şəhərlər inşa etmir, eyni zamanda müasir və təhlükəsiz həyat mühiti formalaşdırır. Bu təcrübə beynəlxalq səviyyədə şəhərsalma sahəsində tətbiq oluna biləcək mühüm nümunələrdən biridir. Çünki bu gün dünyanın müxtəlif bölgələrində davam edən müharibələr nəticəsində şəhərlər dağıdılır, yaşayış məntəqələri məhv edilir və milyonlarla insan öz yurd-yuvasından didərgin düşür. Müharibənin ağır nəticələrini yaşamış və dağıdılmış şəhərləri yenidən quran ölkə kimi Azərbaycanın təcrübəsi dünya üçün xüsusi əhəmiyyət daşıyır. Digər tərəfdən belə beynəlxalq forumlar qarşılıqlı təcrübə mübadiləsi baxımından da mühüm rol oynayır. Azərbaycan bu tədbir vasitəsilə şəhərsalma, urbanizasiya, dayanıqlı inkişaf, nəqliyyat, ekoloji planlaşdırma və “yaşıl şəhər” modelləri sahəsində dünyada tətbiq olunan ən son yeniliklərlə yaxından tanış olmaq imkanı əldə edəcək. Bu isə gələcəkdə ölkəmizdə həyata keçiriləcək layihələrin daha da təkmilləşdirilməsinə töhfə verə bilər. Belə mötəbər beynəlxalq tədbirlərin Bakıda keçirilməsi həm də Azərbaycanın dünyada tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Forum çərçivəsində ölkəmizə gələcək minlərlə xarici qonaq Azərbaycanın müasir infrastrukturu, təhlükəsiz mühiti, qonaqpərvərliyi və inkişaf səviyyəsi ilə yaxından tanış olacaq. Bu isə ölkənin beynəlxalq imicinin daha da möhkəmlənməsinə xidmət edir. Bununla yanaşı, WUF13 kimi böyük beynəlxalq tədbirlər turizm sektorunun inkişafına da ciddi töhfə verir. Xarici qonaqların ölkəmizə səfəri hotellər, restoranlar, nəqliyyat və xidmət sektorunda iqtisadi aktivliyi artırır. Eyni zamanda Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsindəki uğurlu təcrübəsi bir daha nümayiş etdirilir və gələcəkdə daha böyük qlobal tədbirlərin ölkəmizdə keçirilməsi üçün yeni imkanlar yaranır”.

 

Milli Məclisin deputatı Samir Vəliyev isə bildirib ki, Azərbaycan dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır:

Samir Vəliyev: “Azərbaycanda buraxılış imtahanlarının tam ləğvi real  görünmür” Pravda.az

“Ölkəmiz sabitlik adası kimi xarakterizə olunur. Məhz bu səbəblərdən də Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi mərkəzlərdən biridir. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Bakıda keçirilməsi qərarı da bu reallıqların əyani nümunəsidir. Tarixən Azərbaycan xalqının memarlıq ənənələri mövcud olub. Memar Əcəmi Naxçıvaninin və digər memarların yaratdıqları nümunələr bunun göstəricisidir. Yəni əsrlər boyu bu ənənə davam edərək bu günümuzə gəlib çatıb. Hazırda müasir şəhərsalma və memarlıq siyasəti Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi altında həyata keçirilən sistemli islahatlar, aparıcı dünya təcrübəsi nəzərə alınmaqla genişmiqyaslı quruculuq işləri, xüsusilə də, şəhərsalma və memarlıq sahəsində aparılan kompleks və konseptual yanaşma Azərbaycanın davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu gün Azərbaycan ən qabaqcıl şəhərsalma yanaşmalarını tətbiq etməyə çalışır, çoxsaylı beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq qurur. Son illər ərzində bu sahədə həyata keçirilən qanunvericilik islahatları isə kompleks şəkildə şəhərsalma fəaliyyətinin şəffaf, davamlı və qanunauyğun çərçivədə icrasına şərait yaradıb. Diqqət mərkəzində olan məsələlərdən biri də şəhərsalma və memarlıqda innovativ, davamlı, inklüziv inkişaf siyasətinin müasir tələblərə uyğun təşkil olunmasıdır. Şəhərlərin inklüziv, təhlükəsiz, davamlı və dayanıqlı olmasını təmin etmək üçün ölkəmizdə səmərəli icra mexanizmi formalaşdırılır. Şəhərsalma sahəsində Azərbaycanın uğurlu fəaliyyəti beynəlxalq müstəvidə layiqincə qiymətləndirilir. İrimiqyaslı qlobal tədbirlərdən hesab edilən Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Bakı şəhərində keçirilməsi qərarı da bunun göstəricisidir. Bu önəmli tədbirin paytaxtımızda keçirilməsi ölkədə uğurla həyata keçirilən genişmiqyaslı layihələr və əldə edilən nailiyyətlər, habelə ölkəmizin bu sahəyə verdiyi töhfələr sayəsində beynəlxalq nüfuzunun ən yüksək səviyyədə olmasının daha bir bariz nümunəsidir”.

 

Deputat vurğulayıb ki, WUF13-ün keçirilməsi üçün Bakının məkan seçilməsinin əsas səbəblərindən biri də paytaxtımızda sosial-iqtisadi, nəqliyyat və digər infrastrukturların yüksək səviyyədə olmasıdır: “Forum ölkəmiz üçün bir sıra istiqamətlərdə mühüm imkan yaradır. Bir tərəfdən son illər həyata keçirilən şəhərsalma layihələri, işğaldan azad edilmiş ərazilərdə qurulan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, paytaxtda və regionlarda aparılan yenidənqurma işləri dünya ictimaiyyətinə təqdim ediləcək. Digər tərəfdən isə Azərbaycan sürətli urbanizasiya, müasir dayanıqlı şəhər idarəçiliyi və sosial inklüzivlik mövzularında qlobal diskussiyalara töhfə verən tərəf kimi çıxış edəcək. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə hazırda böyük miqyasda quruculuq və bərpa işləri həyata keçirilir, müasir infrastruktur qurulur, irimiqyaslı layihələr icra edilir. Keçmiş məcburi köçkünlərin rahat şəkildə öz yurdlarına qayıtmaları və məskunlaşmaları üçün yaşayış məntəqələri salınır, zəruri şərait yaradılır. Ötən müddət ərzində dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində işğaldan azad olunmuş bütün ərazilərin sürətlə dirçəldiyini və inkişaf etdiyinin şahidi oluruq, burada dağıdılmış infrastruktur bərpa olunur, kəndlər və şəhərlər yenidən qurulur, həyat getdikcə daha çox canlanır. Bütün bu işlər ən müasir şəhərsalma standartlarına uyğun həyata keçirilir. Hesab edirəm ki, WUF13 həm də Azərbaycan dövlətinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi ən müasir şəhərsalma siyasətinin beynəlxalq ictimaiyyətə təqdimatı baxımından da əlamətdar olacaq”.

 

Yazı “Şəhərsalma və Memarlıq İli” çərivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Dörd il ötdü - Medianın İnkişafı Agentliyi Prezidentin media siyasətinin  lokomotivinə çevrilə bilib Pravda.az

Tarix: 16 May 2026, 12:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin