WUF13-ə hazırlıq dövründə və forumun keçiriləcəyi müddətdə yerüstü nəqliyyatın necə fəaliyyət göstərəcəyi məlum olub.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, ictimai nəqliyyatda hərəkət aşağıdakı kimi təşkil ediləcək:
Avtobuslarla daşınma
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən WUF13 Əməliyyat şirkəti ilə birgə WUF13 forumu çərçivəsində doqquz hab və iki son məntəqə, eyni zamanda 67-dən çox aralıq məntəqə təşkil edilib.
Tədbir iştirakçılarının Heydər Əliyev Beynəlxalq Hava Limanından müəyyən edilmiş məntəqələrə daşınması üçün 6, eyni zamanda, tədbir günlərində həmin məntəqələrdən forumun keçiriləcəyi əraziyə daşınması üçün 12 marşrut fəaliyyət göstərir. Daşımalar, əsasən, elektrikli avtobuslarla həyata keçirilir. Sözügedən xətlərin idarə olunması və nəqliyyat əməliyyatlarının icrasının AYNA-nın monitorinq mərkəzi tərəfindən 24/7 izlənməsi təmin edilib. Nəqliyyat əməliyyatlarının həyata keçirilməsi üçün sürücü və idarə heyəti ilə birlikdə 1 500-ə yaxın işçi heyəti bu proseslərə cəlb edilib.
"Ayna MaaS" tətbiqi vasitəsilə həm tədbir marşrutları, həm də ictimai nəqliyyat marşrutlarında gedişlərin planlanması mümkündür. WUF13-lə əlaqədar xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş imkanı, habelə "Ayna MaaS" tətbiqində tədbir marşrutları üzrə funksionallıq yaradılıb.
İnfrastruktur
WUF13-lə bağlı altı küçə və prospektdə ümumi uzunluğu 41.5 km olan xüsusi hərəkət zolağı təşkil edilib və yeni yol nişanları quraşdırılıb. 34 küçə və prospektdə (ümumi 170 km) üfüqi nişanlama xətləri bərpa edilib, 19 küçə və prospektdə (20 km-dən artıq) yeni salınmış asfalt örtüyündə xətlərin bərpası aparılıb.
Mikromobillik
Şəhər ərazisində təşkil edilən mikromobillik zolaqlarının uzunluğu 63.2 km-ə çatdırılıb. Şəhərin küçə və prospektlərində təşkil edilən bu zolaqlar cəlbetmə məntəqələrini əlaqələndirir.
Kiçik elektrikli nəqliyyat vasitələri üçün parklanma yerləri optimallaşdırılıb və operatorlar həmin məntəqələr üzrə fəaliyyət göstərir. WUF13 qonaqlarının kiçik məsafələrə rahat səyahət etmələri üçün müvafiq şərait yaradılıb. Skuter parkı yenilənib və onların kirayəsi üçün xarici mobil nömrələrdən qeydiyyatın aparılması imkanı yaradılıb. Eyni zamanda, WUF13-lə əlaqədar patrul sistemi gücləndirilmiş iş rejiminə keçirilib.
Taksi fəaliyyəti
Tədbirlə bağlı daşımalara 150 ədəd "Bakı taksi" xidmətinin və hava limanı daşımaları üzrə 330 ədəd taksi sifarişi operatorlarının tərəfdaşlıq etdiyi digər nəqliyyat vasitəsi cəlb edilib, sürücülərə xüsusi hazırlığa dair təlimlər keçirilib və WUF13-lə əlaqədar taksi parkları ilə görüş keçirilərək müvafiq tapşırıqlar verilib. Təhlükəsizlik tədbirləri nəzərə alınaraq taksilərin stadionun nəqliyyat zonası və "Koroğlu" NMM-də istifadəsi mümkün olacaq. Eyni zamanda, hava limanı ərazisində tədbirlə bağlı taksi sifarişi operatorları tərəfindən sifariş göndərilən nəqliyyat vasitələrinin minib-düşmə yerləri "Terminal 2"nin qarşısında təyin edilib.
10 İyun 21:01
10 İyun 20:57
10 İyun 20:53
10 İyun 20:27
10 İyun 20:26
10 İyun 20:25
10 İyun 20:24
10 İyun 20:22
10 İyun 20:21
10 İyun 20:20
10 İyun 20:17
10 İyun 19:07
10 İyun 18:53
10 İyun 18:45
10 İyun 18:44
10 İyun 18:43
10 İyun 18:42
10 İyun 18:41
10 İyun 18:35
10 İyun 18:28
10 İyun 18:19
10 İyun 18:12
10 İyun 18:10
10 İyun 18:02
10 İyun 17:56
10 İyun 17:49
10 İyun 17:43
10 İyun 17:31
10 İyun 17:29
10 İyun 17:27
10 İyun 17:24
10 İyun 17:20
10 İyun 17:14
10 İyun 17:08
10 İyun 17:05
10 İyun 16:54
10 İyun 16:43
10 İyun 16:37
10 İyun 16:30
10 İyun 16:25
10 İyun 16:21
10 İyun 16:17
10 İyun 16:14
10 İyun 16:02
10 İyun 15:59
10 İyun 15:47
10 İyun 15:35
10 İyun 15:34
10 İyun 15:32
10 İyun 15:26
10 İyun 15:25
10 İyun 15:18
10 İyun 15:15
10 İyun 15:14
10 İyun 15:04
10 İyun 14:55
10 İyun 14:51
10 İyun 14:49
10 İyun 14:43
10 İyun 14:42
10 İyun 14:32
10 İyun 14:29
10 İyun 14:26
10 İyun 14:23
10 İyun 14:17
10 İyun 13:58
10 İyun 13:55
10 İyun 13:52
10 İyun 13:34
10 İyun 13:34
10 İyun 13:14
10 İyun 12:57
10 İyun 12:50
10 İyun 12:43
10 İyun 12:29
10 İyun 12:26
10 İyun 12:23
10 İyun 12:18
10 İyun 12:16
10 İyun 12:16
10 İyun 12:13
10 İyun 12:12
10 İyun 12:09
10 İyun 12:01
10 İyun 11:56
10 İyun 11:53
10 İyun 11:48
10 İyun 11:44
10 İyun 11:40
10 İyun 11:35
10 İyun 11:34
10 İyun 11:22
10 İyun 11:19
10 İyun 11:15
10 İyun 11:12
10 İyun 11:03
10 İyun 10:55
10 İyun 10:52
10 İyun 10:45
10 İyun 10:41
10 İyun 10:40
10 İyun 10:36
10 İyun 10:27
10 İyun 10:24
10 İyun 10:17
10 İyun 10:10
10 İyun 10:05
10 İyun 09:30
10 İyun 09:24
10 İyun 09:22
10 İyun 08:46
10 İyun 08:45
10 İyun 08:43
10 İyun 08:38
10 İyun 08:38
10 İyun 08:35
10 İyun 08:31
10 İyun 08:31
10 İyun 08:29
10 İyun 08:27
10 İyun 08:21
10 İyun 08:14
10 İyun 08:07
10 İyun 08:02
10 İyun 01:09
10 İyun 01:06
10 İyun 00:10
9 İyun 23:18
9 İyun 22:46
9 İyun 22:13
9 İyun 22:11
9 İyun 22:10
9 İyun 22:06
9 İyun 21:02
9 İyun 20:44
9 İyun 20:37
9 İyun 20:35
9 İyun 20:33
9 İyun 20:04
9 İyun 19:14
9 İyun 19:10
9 İyun 19:09
9 İyun 18:57
9 İyun 18:54
9 İyun 18:52
9 İyun 18:50
9 İyun 18:47
9 İyun 18:45
9 İyun 18:39
9 İyun 18:38
Ən son xəbərləri səhifəmizdən də izləyin