Reklam

Ramil Quliyev: "Hədəfim Tokio Olimpiadasıdır"

“Olimpiya Oyunlarına hazırlaşırıq. Hədəfim Tokio Olimpiadasıdır. Artıq həmin yarışa doğru son addımları atırıq”.

 

Pravda.az xəbər verir ki, bunu Türkiyə yığmasının şərəfini qoruyan azərbaycanlı atlet Ramil Quliyev deyib.

 

O bildirib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqla ilk məqsədinə çatıb.

 

Quliyevin növbəti hədəfi isə Olimpiya çempionu olmaqdır: “Tokioda karyeramın zirvə yarışına qatılacam. Son dünya çempionatında sağlamlığımda problemlər olduğu üçün istədiyim nəticəni əldə edə bilmədim. İnşallah, Olimpiadada hər şey istədiyimiz kimi olacaq. Tokioda çox gözəl bir çıxış planlaşdırırıq. Yarışdan əvvəl bir neçə sınaq turnirlərinə qatılacam. Oyunlarda mübarizə aparacaq eyni atletlərlə qaçacağıq. Özümü yoxlayacam. Hədəfim təbii ki, qızıl medal olacaq. Ölkəmə Olimpidanın qızıl medalını gətirmək üçün əlimdən gələni edəcəm”.

Tarix: 16 Dekabr 2019, 10:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin