BURADA REKLAMINIZ OLA
BİLƏR

Qusarda polis tərəfindən zərərsizləşdirilən silahlı şəxslə bağlı TƏFƏRRÜAT - YENİLƏNİB

Qusarda polisə müqavimət göstərərkən zərərsizləşdirilən şəxsin törətdiyi cinayət məlum olub.

 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, R.Rəsulov 16 yaşlı qıza qarşı cinayətdə şübhəli bilinib.

 

O, buna görə istintaqdan yayındığı üçün barəsində axtarış elan olunub.

 

R.Rəsulov saxlanılarkən polisə silahlı müqavimət göstərib. Polis əməkdaşlarının səyi nəticəsində o zərərsizləşdirilib.

 

***

 

11:36

 

Qusar rayonunda törətdiyi cinayət əməllərinə görə axtarışda olan şəxs saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib.

 

Görülən tədbirlərlə R.Rəsulov zərərsizləşdirilib.

 

Hadisə yerindən tapança aşkar olunaraq götürülüb.

 

Araşdırmalar davam etdirilir.

 

APA

 

Tarix: 27 May 2026, 13:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin