BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda və bölgələrdə yağıntılı və küləkli hava var - FAKTİKİ HAVA

Mayın 29-u saat  16:00-a olan faktiki hava açıqlanıb.

 

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

 

Bakıda və Abşeron yarımadasında yağış, Yevlax, Qusar, Goranboy, Naftalan, Tərtər, Şabran, Sabirabadda isə arabir şimşək çaxır, yağış yağır.

 

Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Şahdağda 28, Zəngilanda 21, Culfada 20, Şahbuz, Lerik, Yardımlı, Laçında 15 m/s-yə çatır.

Tarix: 29 May 2026, 16:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin