BURADA REKLAMINIZ OLA
BİLƏR

Xarici ölkələrdə Azərbaycan dilinin tədrisi ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı

Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun saat 17:00-dək uzadılıb.

 

Bu barədə Pravda.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər.

 

 

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu [email protected] elektron poçtu vasitəsilə həyata keçirilir.

 

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan və şərtlər toplusu vasitəsilə tanış ola bilərsiniz:

 

 

“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı

 

 

“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin şərtlər toplusu

 

 

Tarix: 1 İyun 2026, 17:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin