BURADA REKLAMINIZ OLA
BİLƏR

“Hünər-İnşaat”ın fəhlələri Zəngilanda yolu bağladı - "Pulumuzu verin"

“Hünər-İnşaat” şirkətində çalışan fəhlələr əməkhaqlarının ödənilməməsindən şikayətçidirlər.

 

 

Pravda.az SAVASHMEDİA.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video paylaşılıb. 

 

Yayılan görüntülərdə fəhlələr “Hünər-İnşaat”ın Zəngilan rayonunun Cahangirbəyli kəndindəki inşaatında işlədiklərini bildiriblər.

 

Onlar iddia ediblər ki, şirkətdən bir müddətdir maaş ala bilmirlər, hətta bayram olmasına baxmayaraq, əməkhaqları verilmir, ac-susuz qalıblar:

 

“Hamımız gedirik yolu kəsməyə. Camaatın pulunu vermirlər. Qaçıb oturublar Bakıda ofisdə. Bayram günü yeyib-içirlər. Zəngilan rayonunun Cahangirbəyli kəndindəyik. Pulumuzu vermirlər. Hamımız bayram günündə ac-susuz, yeməksiz, siqaretsiz qalmışıq. “Hünər” şirkəti pulumuzu vermir. Magistral yolu kəsmişik ki, bəlkə, pulumuzu verələr”.

 

Xatırladaq ki, “Hünər-İnşaat” şirkəti “Huner Group”a daxildir. “Huner Group”un təsisçisi isə tanınmış azərbaycanlı iş adamı Ehtiram Quliyevdir.

 

Qeyd edək ki, məsələ ilə bağlı “Hünər-İnşaat” şirkəti mövqe bildirməyib.

Tarix: 1 İyun 2026, 18:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin