Nizami Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən K.Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən K.Məmmədovun Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət təqibinə və işin icraatına xitam verilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.
Qeyd: K.Məmmədovun təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə araşdırması zamanı məlum olub ki, o, yol hərəkəti qaydalarını pozmaqla yol-nəqliyyat hadisəsinin baş verməsinə və iki nəfərin sağlamlığına az ağır zərər vurulmasına səbəb olub.
İttihama əsasən, K.Məmmədov 03 sentyabr 2024-cü il tarixdə saat 21:06 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı minik avtomobili ilə Bakı şəhəri Nizami rayonu ərazisində, Elşən Süleymanov küçəsi boyunca saatda təxminən 50-60 kilometr sürətlə hərəkətdə olub. Sürücü həmin vaxt “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, kəsilməsi qadağan edilən 1.3 üfüqi nişanlanma xəttini keçib və əks hərəkət istiqamətinə çıxıb. O, həmin küçədə yerləşən “Bravo” marketin qarşısında manevr edərkən qarşı istiqamətdən gələn “Yamaha M15” markalı motosikletlə toqquşub. Motosikletin sürücüsü Ə.Həsənov nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edib. Toqquşmanın təsirindən motosiklet idarəetmədən çıxaraq hərəkətdə olan “BakuBus” MMC-yə məxsus “BMC Neocity” markalı sərnişin avtobusunun sol arxa hissəsinə çırpılıb.
Baş vermiş qəza nəticəsində motosikletin sürücüsü Ə.Həsənov müxtəlif bədən xəsarətləri alıb. Hadisə zamanı motosikletdə sərnişin qismində olan N.Əliyev də xəsarət alıb.
Qəza nəticəsində yalnız insanlara deyil, digər nəqliyyat vasitəsinə də ziyan dəyib. Belə ki, “BakuBus” MMC-yə məxsus sərnişin avtobusuna 800 manat 93 qəpik məbləğində maddi zərər vurulduğu müəyyən olunub.
İttiham tərəfinin qənaətinə görə, yol hərəkəti qaydalarının pozulması ilə baş vermiş qəza və onun nəticələri sürücünün qanunvericiliyin tələblərinə əməl etməməsinin nəticəsi olub. Bu səbəbdən K.Məmmədova Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə – yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır zərər vurma ilə bağlı ittiham elan edilib.
Kamal Məmmədov
20 İyul 11:26
20 İyul 11:20
20 İyul 11:14
20 İyul 11:11
20 İyul 11:04
20 İyul 11:00
20 İyul 10:47
20 İyul 10:42
20 İyul 10:34
20 İyul 10:28
20 İyul 10:22
20 İyul 10:15
20 İyul 10:08
20 İyul 09:56
20 İyul 09:28
20 İyul 09:27
20 İyul 09:23
20 İyul 09:07
20 İyul 09:03
20 İyul 08:51
20 İyul 08:40
20 İyul 08:34
20 İyul 08:31
20 İyul 08:28
20 İyul 08:27
20 İyul 08:22
20 İyul 08:16
20 İyul 08:11
20 İyul 08:07
20 İyul 08:05
20 İyul 04:01
20 İyul 03:50
19 İyul 21:44
19 İyul 21:42
19 İyul 21:37
19 İyul 21:33
19 İyul 20:31
19 İyul 18:41
19 İyul 18:21
19 İyul 18:03
19 İyul 18:00
19 İyul 16:36
19 İyul 16:03
19 İyul 15:35
19 İyul 14:12
19 İyul 13:57
19 İyul 12:22
19 İyul 12:17
19 İyul 12:09
19 İyul 11:44
19 İyul 11:41
19 İyul 11:39
19 İyul 10:41
19 İyul 09:15
19 İyul 09:11
19 İyul 00:16
18 İyul 21:56
18 İyul 21:23
18 İyul 21:13
18 İyul 19:48
18 İyul 19:15
18 İyul 19:03
18 İyul 18:58
18 İyul 18:48
18 İyul 18:40
18 İyul 18:16
18 İyul 18:10
18 İyul 17:49
18 İyul 17:40
18 İyul 17:20
18 İyul 17:10
18 İyul 17:03
18 İyul 16:58
18 İyul 16:51
18 İyul 16:43
18 İyul 16:32
18 İyul 16:13
18 İyul 16:00
18 İyul 15:39
18 İyul 15:21
18 İyul 15:10
18 İyul 15:00
18 İyul 14:51
18 İyul 14:29
18 İyul 14:17
18 İyul 14:07
18 İyul 14:02
18 İyul 13:56
18 İyul 13:31
18 İyul 13:28
18 İyul 13:21
18 İyul 12:57
18 İyul 12:54
18 İyul 12:48
18 İyul 12:39
18 İyul 12:23
18 İyul 12:10
18 İyul 11:58
18 İyul 11:40
18 İyul 11:26
18 İyul 11:24
18 İyul 11:14
18 İyul 11:04
18 İyul 10:53
18 İyul 10:52
18 İyul 10:43
18 İyul 10:38
18 İyul 10:33
18 İyul 10:20
18 İyul 10:04
18 İyul 09:55
18 İyul 09:20
18 İyul 08:31
18 İyul 07:16
18 İyul 06:31
18 İyul 06:28
18 İyul 06:26
18 İyul 03:59
18 İyul 00:50
18 İyul 00:45
17 İyul 21:48
17 İyul 21:17
17 İyul 21:08
17 İyul 21:05
17 İyul 19:58
17 İyul 19:39
17 İyul 18:56
17 İyul 18:52
17 İyul 18:42
17 İyul 18:36
17 İyul 18:29
17 İyul 18:25
17 İyul 18:14
17 İyul 17:59
17 İyul 17:56
17 İyul 17:52
17 İyul 17:50
17 İyul 17:41
17 İyul 17:41
17 İyul 17:29
17 İyul 17:19
17 İyul 17:15
17 İyul 17:05
17 İyul 16:57
17 İyul 16:53
17 İyul 16:44
17 İyul 16:37
17 İyul 16:34
17 İyul 16:28
17 İyul 16:24
Ən son xəbərləri səhifəmizdən də izləyin