BURADA REKLAMINIZ OLA
BİLƏR

İbrahim Tatlısəs təkrar xəstəxanaya yerləşdirildi

Bu yaxınlarda xəstəxanadan evə buraxılan türkiyəli məşhur sənətçi İbrahim Tatlıses yenidən klinikaya yerləşdirilib.

 

Uzun müddətdir səhhətində problemlər yaranan 78 yaşlı müğənni Ankaradakı xəstəxanalardan birinə aparılıb.

 

Xatırladaq ki, İbrahim Tatlıses aprelin 7-də ağır infeksiya səbəbindən xəstəxanada müalicəyə cəlb olunmuşdu.

 

Öd kisəsindəki problemlə bağlı müğənninin əməliyyatı uğurlu keçmişdi. Müalicə prosesindən sonra Tatlıses aprelin 22-də xəstəxanadan evə göndərilmişdi.

 

Oxu.Az

Tarix: 5 İyun 2026, 12:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin