Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə sadələşdirilmiş icraat ilə bağlı bəzi müddətlər artırılır.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Məhkəməyədək sadələşdirilmiş icraatın açılması və ya açılmasından imtina barədə qərarın qəbul edilməsi, təhqiqatın aparılması, prokuror nəzarətinin həyata keçirilməsi və s. ilə bağlı müəyyən edilmiş bəzi prosessual müddətlərin artırılması təklif olunur. Müvafiq müddətlərin artırılmasında məqsəd sadələşdirilmiş icraat aparılarkən işin hərtərəfli araşdırılmasının və zəruri sübutların toplanılmasının təmin olunmasıdır.
Dəyişikliyə əsasən, artıq məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumatın təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora daxil olduğu vaxtdan 10 gün müddətində deyil, 30 gün müddətində aparılacaq.
Qanun layihəsinə əsasən, Məcəllənin bəzi maddələrində “şikayət” sözü “məlumat” sözü ilə əvəz edilir. Bu dəyişiklik bəzi hallarda məlumat verən şəxsin niyyətinin şikayət etmək deyil, sadəcə baş vermiş cinayət hadisəsi barədə səlahiyyətli orqanları məlumatlandırmaqdan ibarət ola bilməsi ilə əlaqədardır.
Qanun layihəsində hüquqi şəxslər tərəfindən də cinayət hadisəsi barədə məlumat verilməsinin mümkünlüyü nəzərə alınaraq böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı məlumatda və ya şifahi məlumatın qəbul edilməsi barədə protokolda, həmçinin məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda hüquqi şəxsin adı, olduğu yer və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin göstərilməsi ilə bağlı müvafiq dəyişiklik nəzərdə tutulur.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
20 İyul 11:44
20 İyul 11:44
20 İyul 11:37
20 İyul 11:26
20 İyul 11:20
20 İyul 11:14
20 İyul 11:11
20 İyul 11:04
20 İyul 11:00
20 İyul 10:47
20 İyul 10:42
20 İyul 10:34
20 İyul 10:28
20 İyul 10:22
20 İyul 10:15
20 İyul 10:08
20 İyul 09:56
20 İyul 09:28
20 İyul 09:27
20 İyul 09:23
20 İyul 09:07
20 İyul 09:03
20 İyul 08:51
20 İyul 08:40
20 İyul 08:34
20 İyul 08:31
20 İyul 08:28
20 İyul 08:27
20 İyul 08:22
20 İyul 08:16
20 İyul 08:11
20 İyul 08:07
20 İyul 08:05
20 İyul 04:01
20 İyul 03:50
19 İyul 21:44
19 İyul 21:42
19 İyul 21:37
19 İyul 21:33
19 İyul 20:31
19 İyul 18:41
19 İyul 18:21
19 İyul 18:03
19 İyul 18:00
19 İyul 16:36
19 İyul 16:03
19 İyul 15:35
19 İyul 14:12
19 İyul 13:57
19 İyul 12:22
19 İyul 12:17
19 İyul 12:09
19 İyul 11:44
19 İyul 11:41
19 İyul 11:39
19 İyul 10:41
19 İyul 09:15
19 İyul 09:11
19 İyul 00:16
18 İyul 21:56
18 İyul 21:23
18 İyul 21:13
18 İyul 19:48
18 İyul 19:15
18 İyul 19:03
18 İyul 18:58
18 İyul 18:48
18 İyul 18:40
18 İyul 18:16
18 İyul 18:10
18 İyul 17:49
18 İyul 17:40
18 İyul 17:20
18 İyul 17:10
18 İyul 17:03
18 İyul 16:58
18 İyul 16:51
18 İyul 16:43
18 İyul 16:32
18 İyul 16:13
18 İyul 16:00
18 İyul 15:39
18 İyul 15:21
18 İyul 15:10
18 İyul 15:00
18 İyul 14:51
18 İyul 14:29
18 İyul 14:17
18 İyul 14:07
18 İyul 14:02
18 İyul 13:56
18 İyul 13:31
18 İyul 13:28
18 İyul 13:21
18 İyul 12:57
18 İyul 12:54
18 İyul 12:48
18 İyul 12:39
18 İyul 12:23
18 İyul 12:10
18 İyul 11:58
18 İyul 11:40
18 İyul 11:26
18 İyul 11:24
18 İyul 11:14
18 İyul 11:04
18 İyul 10:53
18 İyul 10:52
18 İyul 10:43
18 İyul 10:38
18 İyul 10:33
18 İyul 10:20
18 İyul 10:04
18 İyul 09:55
18 İyul 09:20
18 İyul 08:31
18 İyul 07:16
18 İyul 06:31
18 İyul 06:28
18 İyul 06:26
18 İyul 03:59
18 İyul 00:50
18 İyul 00:45
17 İyul 21:48
17 İyul 21:17
17 İyul 21:08
17 İyul 21:05
17 İyul 19:58
17 İyul 19:39
17 İyul 18:56
17 İyul 18:52
17 İyul 18:42
17 İyul 18:36
17 İyul 18:29
17 İyul 18:25
17 İyul 18:14
17 İyul 17:59
17 İyul 17:56
17 İyul 17:52
17 İyul 17:50
17 İyul 17:41
17 İyul 17:41
17 İyul 17:29
17 İyul 17:19
17 İyul 17:15
17 İyul 17:05
17 İyul 16:57
17 İyul 16:53
17 İyul 16:44
17 İyul 16:37
Ən son xəbərləri səhifəmizdən də izləyin