BURADA REKLAMINIZ OLA
BİLƏR

Şair Əşrəf Veysəlli vəfat etdi

Şair Əşrəf Veysəlli vəfat edib.

 

Bu barədə Azərbaycan Yazıçılar Birliyinin Poeziya bölməsinin rəhbəri, şair İbrahim İlyaslı məlumat verib.

 

O bildirib ki, Əşrəf Veysəlli bu gün "Sumqayıt Hospital"da vəfat edib.

 

Qeyd edək ki, Əşrəf Veysəlli 1938-ci ildə Füzulinin Yuxarı Veysəlli kəndində anadan olub. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. Təhsilini başa vurduqdan sonra Sumqayıtda işləməyə başlayıb, o vaxtdan da bu şəhərdə yaşayıb. Ötən əsrin 50-ci illərindən ədəbi mühitdə olub.

 

APA

Tarix: 5 İyun 2026, 12:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin