BURADA REKLAMINIZ OLA
BİLƏR

Pərvin Abışova, İfadə Cəfərzadə və Sevil Mövsümovanın saxlanıldığı bildirilir

Pərvin Abışova, İfadə Cəfərzadə və Sevil Mövsümovanın saxlanıldığı bildirilir.

 

Pravda.az xəbər verir ki, bu barədə Musavat.com-a məlumat yayıb.

 

Bildirilir ki, onların barəsində çoxsaylı şikayətlər əsasında tədbir görülüb.

 

Qeyd edilib ki, P.Abışova, İ.Cəfərzadə, S.Mövsümova Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə – dəfələrlə şantaj yolu ilə pul tələb etmə ittihamı əsasında Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanılıblar.

 

İddialara görə, adıçəkilən şəxslər barəsində məcburi gətirilmə qərarı tətbiq edilib və onların məhkəmə qarşısına çıxarılacağı qeyd olunur.

 

Hazırda məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən açıqlama verilməyib.

Tarix: 5 İyun 2026, 12:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin