BURADA REKLAMINIZ OLA
BİLƏR

Akif Əlizadə vəzifəsindən azad edildi

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti, akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb.

 

APA-nın əldə etdiyi məlumata görə, onun bununla bağlı fevral ayında yazdığı ərizə bu gün təsdiqlənib.

 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi faktı təsdiqləyib.

 

Qeyd edək ki, bu gün Geologiya İnstitutuna direktor müavini təyin olunan Elçin Vəliyev  institutun direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

Tarix: 5 İyun 2026, 17:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin