Azərbaycanda qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə olaraq Ağstafa rayonunda quraşdırılaraq istifadəyə verilib.
Bu barədə Pravda.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Müşfiq Hüseynov, ADSEA-nın tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Rubicon Water şirkətinin Mərkəzi Asiya və Azərbaycan üzrə nümayəndəsi Peeter Pelisaar, Avstraliyanın Rubicon Water şirkətinin Azərbaycandakı rəsmi distribütoru “Lotus Global” MMC-nin direktoru Anar Orucov, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Bildirilib ki, Rubicon Water şirkətinin qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əməkdaşlıq çərçivəsində “Lotus Global” MMC tərəfindən Ağstafa rayonunun Həsənsu kəndi ərazisində yerləşən kanal üzərində tətbiq olunub.
Quraşdırılan sistem 668 hektar kənd təsərrüfatı təyinatlı sahəni əhatə edir və Aşağı Göycəli, Yenigün və Xətai kəndlərinin su təminatına xidmət göstərir. Layihə çərçivəsində SlipMeter SMB-600-1800 tipli idarəetmə qurğusu quraşdırılıb. Cihaz ultrasonik texnologiya əsasında kanaldan keçən suyun həcmini real vaxt rejimində ölçür və məlumatları rəqəmsal sistemə ötürərək su bölgüsündə tam şəffaflığın təmin edilməsinə imkan yaradır. Bununla da Sudan İstifadəçilər Birlikləri və fermerlər arasında su uçotu yüksək dəqiqliklə aparılır, ədalətli növbəlilik prinsipi qorunur və su ehtiyatlarının vaxtında çatdırılması təmin edilir.
Qeyd edək ki, Rubicon Water şirkəti suvarma və su idarəetmə texnologiyaları sahəsində aparıcı şirkətlərdən biri hesab olunur. Rubicon Water açıq kanallar və aşağı təzyiqli boru sistemləri üçün suyun uzaq məsafədən avtomatlaşdırılıb idarə olunması, ölçülməsi və paylanması üzrə qurğu və proqram təminatının istehsalı, quraşdırılması və texniki xidmətini həyata keçirir. Bu sistem vasitəsilə kanallara 24/7 rejimində həm mütəxəssislər, həm də süni intellekt tərəfindən daimi nəzarət olunur və müvafiq bildirişlər təqdim edilir.
20 İyul 22:46
20 İyul 22:43
20 İyul 22:42
20 İyul 22:23
20 İyul 22:21
20 İyul 20:48
20 İyul 20:32
20 İyul 19:09
20 İyul 19:01
20 İyul 18:56
20 İyul 18:48
20 İyul 18:45
20 İyul 18:37
20 İyul 18:32
20 İyul 18:16
20 İyul 18:05
20 İyul 17:57
20 İyul 17:48
20 İyul 17:37
20 İyul 17:31
20 İyul 17:25
20 İyul 17:16
20 İyul 17:11
20 İyul 17:03
20 İyul 16:58
20 İyul 16:54
20 İyul 16:50
20 İyul 16:40
20 İyul 16:34
20 İyul 16:27
20 İyul 16:25
20 İyul 16:23
20 İyul 16:18
20 İyul 16:06
20 İyul 15:55
20 İyul 15:47
20 İyul 15:45
20 İyul 15:38
20 İyul 15:30
20 İyul 15:20
20 İyul 15:07
20 İyul 15:03
20 İyul 14:57
20 İyul 14:53
20 İyul 14:48
20 İyul 14:33
20 İyul 14:27
20 İyul 14:22
20 İyul 14:19
20 İyul 14:11
20 İyul 14:03
20 İyul 13:59
20 İyul 13:50
20 İyul 13:49
20 İyul 13:44
20 İyul 13:39
20 İyul 13:16
20 İyul 13:12
20 İyul 13:05
20 İyul 13:01
20 İyul 12:51
20 İyul 12:50
20 İyul 12:33
20 İyul 12:33
20 İyul 12:24
20 İyul 12:20
20 İyul 12:17
20 İyul 12:13
20 İyul 12:10
20 İyul 12:09
20 İyul 12:03
20 İyul 11:55
20 İyul 11:51
20 İyul 11:51
20 İyul 11:50
20 İyul 11:44
20 İyul 11:44
20 İyul 11:37
20 İyul 11:26
20 İyul 11:21
20 İyul 11:14
20 İyul 11:11
20 İyul 11:04
20 İyul 11:00
20 İyul 10:47
20 İyul 10:42
20 İyul 10:34
20 İyul 10:28
20 İyul 10:22
20 İyul 10:15
20 İyul 10:08
20 İyul 09:56
20 İyul 09:28
20 İyul 09:27
20 İyul 09:23
20 İyul 09:03
20 İyul 08:51
20 İyul 08:40
20 İyul 08:34
20 İyul 08:31
20 İyul 08:28
20 İyul 08:27
20 İyul 08:22
20 İyul 08:16
20 İyul 08:11
20 İyul 08:07
20 İyul 08:05
20 İyul 04:01
20 İyul 03:50
19 İyul 21:44
19 İyul 21:42
19 İyul 21:37
19 İyul 21:33
19 İyul 20:31
19 İyul 18:41
19 İyul 18:21
19 İyul 18:03
19 İyul 18:00
19 İyul 16:36
19 İyul 16:03
19 İyul 15:35
19 İyul 14:12
19 İyul 13:57
19 İyul 12:22
19 İyul 12:17
19 İyul 12:09
19 İyul 11:44
19 İyul 11:41
19 İyul 11:39
19 İyul 10:41
19 İyul 09:15
19 İyul 09:11
19 İyul 00:16
18 İyul 21:56
18 İyul 21:23
18 İyul 21:13
18 İyul 19:48
18 İyul 19:15
18 İyul 19:03
18 İyul 18:58
18 İyul 18:48
18 İyul 18:40
18 İyul 18:16
18 İyul 18:10
18 İyul 17:49
18 İyul 17:40
18 İyul 17:20
18 İyul 17:10
18 İyul 17:03
18 İyul 16:58
Ən son xəbərləri səhifəmizdən də izləyin