BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı qadınlar avtomobildə güllələndi: biri öldü

Türkiyədə azərbaycanlı qadınlar avtomobildə güllələnib.

 

Hadisə Dənizli şəhərinin Pamukkala qəsəbəsində baş verib.

 

35 yaşlı Mətanət Altıntop, 8 yaşlı oğlu və 32 yaşlı bacısı Turna Kardaş ilə avtomobilə miniblər. Bu zaman Mətanətin keçmiş sevgilisi Sabit Ö. tüfənglə onlara atəş açıb. Nəticədə Mətanət ayaqlarından, Turna isə qolundan yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Məlumata görə, xəstəxanada görülən tədbirlərə baxmayaraq, Mətanət Altıntopu xilas etmək mümkün olmayıb.

 

Hadisədən sonra isə Sabit Ö. ərazidən qaçıb. Lakin polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində o saxlanılaraq, istintaqa təhvil verilib.

 

Lent.az

Tarix: 6 İyun 2026, 13:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin