İyunun 5-də “CNN” transmilli media şirkətinin “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq Azərbaycana qoşun göndərdi” başlıqlı məqaləsində Azərbaycanla bağlı irəli sürülən iddialar ölkəmizin rəsmi mövqeyi ilə tamamilə ziddiyyət təşkil edir. Azərbaycan dəfələrlə bəyan edib ki, onun ərazisi heç bir üçüncü dövlətə qarşı hərbi əməliyyatların aparılması və ya hərbi məqsədlər üçün istifadəyə açıq deyil, ola da bilməz. Rəsmi Bakı xarici siyasətində beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və qonşuluq münasibətlərinə hörmət prinsiplərini əsas götürüb və Azərbaycan əleyhinə səsləndirilən əsassız ittihamlar və təsdiqlənməmiş məlumatlar ölkəmizin uzun illər ərzində formalaşdırdığı balanslı siyasətə kölgə salmağa yönəldilib. Azərbaycan regionda sabitliyin, qarşılıqlı hörmətin, əməkdaşlığın tərəfdarı olaraq qalır və öz ərazisinin hər hansı dövlətə qarşı düşmənçilik məqsədilə istifadə edilməsinə heç vaxt imkan verməyəcəyini bir daha rəsmi müstəvidə vurğulayır.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, dünyanın tanınmış transmilli media şirkəti olan “CNN” iyunun 5-də heç bir fakta, dəlilə, arqumentə istinad etmədən Azərbaycana qarşı dezinformasiya yayıb və Azərbaycanı ittiham edir, guya İsrail-İran qarşıdurması zamanı İsrail Azərbaycan ərazisindən İrana qarşı istifadə edib.

Deputat deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı mövqeyini bildirib: “Azərbaycan tərəfinin “CNN”in bu istiqamətdə suallarına rəsmi mövqeyi bəllidir və bunu media qurumuna təqdim edib. Bu mövqeyə fikir vermədən “CNN” feyk məlumatı beynəlxalq ictimai fikrə sırımaq istəyib. Tamamilə təxribatçı davranışdır. Xüsusilə, həssas bir bölgədə belə dezinformasiya məlumatlarının yayılması yalnız bir məqsədə xidmət edir. Məqsəd budur ki, qonşu dövlətlərlə, o cümlədə İranla Azərbaycan arasında münasibətlər kəskinləşsin, qarşıdurma mühiti yaransın, necə deyərlər, bulanıq suda balıq tutmaq taktikasını həyata keçirmək istəyirlər. Ancaq biz “CNN”i yaxşı tanıyırıq. Təsadüfi deyildi ki, ABŞ Prezidenti Donald Tramp “CNN” kanalına qiymət verərkən bildirmişdi ki, o, “feyk nyus” mediadır. Ölkənin birinci şəxsi bu qiyməti verib. Bunu da bilirik ki, “CNN” ABŞ-də Demokratlar Partiyasının əsas ruporlarından biridir və Respublikaçılar Partiyası əleyhinə fəaliyyət göstərir. ABŞ və onun rəhbərinin, o cümlədən Respublikaçılar Partiyasının rəhbərinin hansı dövlətlərlə münasibətləri yaxşıdırsa, inkişaf edirsə, həmin dövlətləri hədəf alırlar. Buna görə də “CNN”nin Azərbaycan, Türkiyə, Pakistan, İsrail və digər dövlətləri hədəf alması, onlara qarşı dezinformasiya məlumatları yayması bizi təəccübləndirmir. Təəccübləndirən budur ki, media qərəzsiz və obyektiv olmalıdır. Özünü dünya mediasının əsas simalarından biri kimi təqdim edən “CNN” tamamilə bu prinsipləri pozur, öz icad və müdafiə etdiyi prinsiplərin üstündən xətt çəkir, ayrı-ayrı siyasi qruplaşmaların əlində alətə çevrilir. Hər kəsə bəlli həqiqətdir ki, Azərbaycan İsrail-İran müharibəsi zamanı tam obyektiv mövqe daşıyıb. Biz heç bir halda bu müharibədə tərəf olmamışıq. Azərbaycan dövlətinin rəsmi mövqeyi bəllidir. Biz bu qarşıdurmanın dinc yolla tənzimlənməsinə çalışmışıq. Azərbaycan öz mövqeyini ifadə edib. Dəyirmi masa ətrafında problemlərin həlli ideyasını müdafiə etmişik. Tezliklə sülhün əldə olunmasına çağırışlar etmişik. Azərbaycan bu mövqeyini birinci dəfə deyil ki, ortaya qoyur. Hələ 2006-cı ildə cənab Prezident İlham Əliyev ABŞ-yə ilk rəsmi səfəri zamanı Ağ Evdə, eyni zamanda onun həyətində brifinq keçirərkən bəyan etdi ki, Azərbaycan ərazisindən heç bir dövlətin İrana qarşı güc tətbiqinə icazə vermərik. Cənab Prezident düz 20 il öncə bu mövqeyi ortaya qoyub. 20 ildir, bu mövqeyə sadiqdir. Yeri gəlmişkən, bu prinsipial və qətiyyətli mövqeyinə görə Azərbaycana qarşı müxtəlif ermənipərəst dairələr, ABŞ-də müəyyən erməni lobbisi, diasporu və digər siyasi qüvvələr təzyiqlər həyata keçiriblər. Bizim mövqeyimiz dəyişməyib. Cənab Prezidentin sarsılmaz mövqeyi nəticəsində İranla qonşuluq siyasətinə hər zaman sadiq qalmışıq. Bunu sözdə deyil, əməli addımlarımızla sübut etmişik. Azərbaycan ərazisində heç bir dövlət, o cümlədən İsrail İran əleyhinə fəaliyyət göstərə bilməz. Bu mümkünsüzdür. “CNN”nin məlumatı uzağagedən niyyətlər güdür, dezinformasiyanın arxasında dayanan əsas hədəf budur ki, regionda Azərbaycan və İran, o cümlədən Türkiyə arasında qarşıdurma mühiti formalaşdırsın, geopolitik toqquşmaları şərtləndirən vəziyyət yaratsın. Belə qərəzli, təxribatçı davranışları Azərbaycan ictimaiyyəti qəbul etmir. Dövlət öz prinsipial mövqeyini ortaya qoyur. Bu davranış özünü dünyanın aparıcı media şirkətlərindən biri kimi təqdim edən “CNN”nin də nüfuzuna ciddi zərbə vurur. Bir daha Donald Trampın fikirlərini təsdiqləyir ki, bu media qurumu feyk məlumatlar istehsalı və onun yayılması ilə məşğuldur. “CNN” kimi media qurumlarının yaydıqları məlumatlara hətta doğru olsa belə, daha heç kim inanmayacaq. Necə deyərlər, çobanın evi yandı, heç kim inanmadı”.
Politoloq Rəşad Bayramov isə bildirib ki, mühüm diplomatik və siyasi hadisələr, qlobal beynəlxalq tədbirlər və ya proseslərin astanasında “CNN” və oxşar media quruluşları tərəfindən Azərbaycana qarşı hədəflənmiş informasiya kampaniyasının aparılması artıq birinci hal deyil:

““CNN”in Azərbaycana qarşı yayımladığı son material ətrafında yaranan müzakirələr isə bir daha göstərir ki, müasir dövrdə informasiya məkanı geosiyasi rəqabətin əsas meydanlarından birinə çevrilib. Azərbaycanın guya İsrail tərəfindən İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, eləcə də ölkə ərazisində İsrail hərbçilərinin yerləşdirilməsi barədə iddiaların heç bir əsası yoxdur və bu dəfələrlə rəsmi Bakı tərəfindən də qəti şəkildə rədd olunub. Azərbaycan Xarici İşlər Nazirliyi artıq bu məlumatların əsassız olduğunu, “CNN”in sorğusuna cavab olaraq ölkənin mövqeyinin əvvəlcədən redaksiyaya təqdim edildiyini və məqalədə anonim mənbələrdən istifadə edilməsinə baxmayaraq heç bir konkret sübutun ortaya qoyulmadığını bildirib. Lakin məsələ burasındadır ki, hadisənin mahiyyəti yalnız bir media materialı ilə məhdudlaşmır. Burada daha geniş geosiyasi kontekst mövcuddur. Azərbaycan uzun illərdir ki, balanslaşdırılmış və müstəqil xarici siyasət yürüdür. Rəsmi Bakı həm İsrail, həm də İranla münasibətləri qorumağa çalışır, regional qarşıdurmaların bir hissəsinə çevrilməkdən yayınır. Azərbaycanın xarici siyasət konsepsiyası hər hansı hərbi blokda iştirak etməmək, milli maraqlardan çıxış etmək və regionda sabitliyə töhfə vermək prinsiplərinə əsaslanır. Bu səbəbdən ölkə ərazisinin üçüncü dövlətə qarşı istifadə olunması ilə bağlı iddialar Azərbaycanın rəsmi mövqeyi ilə açıq ziddiyyət təşkil edir. Diqqət çəkən məqamlardan biri də budur ki, bu cür məlumatların dünyanın ən nüfuzlu media platformalarından birində yayılması onların beynəlxalq auditoriyaya təsir imkanlarını artırır. Məhz buna görə də məsələ yalnız jurnalistikanın peşəkar standartları baxımından deyil, həm də informasiya təhlükəsizliyi prizmasından qiymətləndirilir. Anonim mənbələrə əsaslanan, lakin sübutlarla təsdiqlənməyən iddialar müxtəlif ölkələrə qarşı faktiki olaraq siyasi təzyiq və ya ictimai rəy formalaşdırmaq vasitəsinə çevrilir. Odur ki, Azərbaycan tərəfinin bu materialı dezinformasiya və informasiya manipulyasiyası kimi qiymətləndirməsi də məhz bu kontekstdə başa düşülməlidir. Hazırda Yaxın Şərqdə və regionda müşahidə olunan gərginlik fonunda müxtəlif aktorlar haqqında fərqli narrativlərin formalaşdırılması geosiyasi mübarizənin tərkib hissəsinə çevrilib. Belə şəraitdə hər hansı iddianın faktlar və sübutlar əsasında təqdim olunması xüsusi əhəmiyyət daşıyır. Əks halda, informasiya məkanı etibarlı məlumat mənbəyi olmaqdan uzaqlaşaraq siyasi manipulyasiya alətinə çevrilə bilər. Bu məsələdə Azərbaycan olaraq bizim mövqeyimiz dəyişməz olaraq qalır. Biz indiyə qədər öz ərazimizdən hər hansı dövlətə qarşı istifadə edilməsinə imkan verməmişik və siyasətimiz də regionda sabitlik, mehriban qonşuluq münasibətləri və qarşılıqlı hörmət prinsipləri üzərində qurulub”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

20 İyul 22:46
20 İyul 22:43
20 İyul 22:42
20 İyul 22:23
20 İyul 22:21
20 İyul 20:48
20 İyul 20:32
20 İyul 19:09
20 İyul 19:01
20 İyul 18:56
20 İyul 18:48
20 İyul 18:45
20 İyul 18:37
20 İyul 18:32
20 İyul 18:16
20 İyul 18:05
20 İyul 17:57
20 İyul 17:48
20 İyul 17:37
20 İyul 17:31
20 İyul 17:25
20 İyul 17:16
20 İyul 17:11
20 İyul 17:03
20 İyul 16:58
20 İyul 16:54
20 İyul 16:50
20 İyul 16:40
20 İyul 16:34
20 İyul 16:27
20 İyul 16:25
20 İyul 16:23
20 İyul 16:18
20 İyul 16:06
20 İyul 15:55
20 İyul 15:47
20 İyul 15:45
20 İyul 15:38
20 İyul 15:30
20 İyul 15:20
20 İyul 15:07
20 İyul 15:03
20 İyul 14:57
20 İyul 14:53
20 İyul 14:48
20 İyul 14:33
20 İyul 14:27
20 İyul 14:22
20 İyul 14:19
20 İyul 14:11
20 İyul 14:03
20 İyul 13:59
20 İyul 13:50
20 İyul 13:49
20 İyul 13:44
20 İyul 13:39
20 İyul 13:16
20 İyul 13:12
20 İyul 13:05
20 İyul 13:01
20 İyul 12:51
20 İyul 12:50
20 İyul 12:33
20 İyul 12:33
20 İyul 12:24
20 İyul 12:20
20 İyul 12:17
20 İyul 12:13
20 İyul 12:10
20 İyul 12:09
20 İyul 12:03
20 İyul 11:55
20 İyul 11:51
20 İyul 11:51
20 İyul 11:50
20 İyul 11:44
20 İyul 11:44
20 İyul 11:37
20 İyul 11:26
20 İyul 11:21
20 İyul 11:14
20 İyul 11:11
20 İyul 11:04
20 İyul 11:00
20 İyul 10:47
20 İyul 10:42
20 İyul 10:34
20 İyul 10:28
20 İyul 10:22
20 İyul 10:15
20 İyul 10:08
20 İyul 09:56
20 İyul 09:28
20 İyul 09:27
20 İyul 09:23
20 İyul 09:03
20 İyul 08:51
20 İyul 08:40
20 İyul 08:34
20 İyul 08:31
20 İyul 08:28
20 İyul 08:27
20 İyul 08:22
20 İyul 08:16
20 İyul 08:11
20 İyul 08:07
20 İyul 08:05
20 İyul 04:01
20 İyul 03:50
19 İyul 21:44
19 İyul 21:42
19 İyul 21:37
19 İyul 21:33
19 İyul 20:31
19 İyul 18:41
19 İyul 18:21
19 İyul 18:03
19 İyul 18:00
19 İyul 16:36
19 İyul 16:03
19 İyul 15:35
19 İyul 14:12
19 İyul 13:57
19 İyul 12:22
19 İyul 12:17
19 İyul 12:09
19 İyul 11:44
19 İyul 11:41
19 İyul 11:39
19 İyul 10:41
19 İyul 09:15
19 İyul 09:11
19 İyul 00:16
18 İyul 21:56
18 İyul 21:23
18 İyul 21:13
18 İyul 19:48
18 İyul 19:15
18 İyul 19:03
18 İyul 18:58
18 İyul 18:48
18 İyul 18:40
18 İyul 18:16
18 İyul 18:10
18 İyul 17:49
18 İyul 17:40
18 İyul 17:20
18 İyul 17:10
18 İyul 17:03
18 İyul 16:58
Ən son xəbərləri səhifəmizdən də izləyin