BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəzi bölgələrdə yağış yağır, Gədəbəydə dolu - Faktiki hava

İyunun 6-sı saat 16:00-a olan faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 6-sı saat 16:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

 

Gəncə, Goranboy, Naftalan, Göygöl, Gədəbəy, Şahdağ, Quba, Tovuz, Şəmkir, Daşkəsən, Qusarda (Laza) arabir şimşək çaxır, intensiv xarakterli yağış yağır.

 

Gədəbəy rayonunda xırda ölçülü dolu müşahidə olunub.

Tarix: 6 İyun 2026, 16:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin