BURADA REKLAMINIZ OLA
BİLƏR

Daşkəsəndə at belində olan 30 yaşlı kişini ildırım vurdu

Daşkəsəndə 30 yaşlı kişini ildırım vurub.

 

Hadisə rayonun Çovdar kəndi ərazisində qeydə alınıb.

 

Kəlbəcər rayon sakini 1996-cı il təvəllüdlü B.Kamalov kənd ərazisində at belində mal-qara otaran zaman onu və mal-qaranı ildırım vurub. Nəticədə 30 yaşlı kişi müxtəlif xəsarətlər alıb, bir iribuynuzlu heyvan tələf olub.

 

Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyətinin kafi olduğu bildirilir.

 

Qeyd edək ki, hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

 

APA

Tarix: 6 İyun 2026, 18:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin