BURADA REKLAMINIZ OLA
BİLƏR

Su olmayacaq

Sumqayıt şəhərinin bəzi ərazilərini içməli su ilə təmin edən magistral kəmərdə aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq sabah, iyunun 8-də bir sıra yaşayış məntəqələrində suyun verilişində müvəqqəti fasilə yaranacaq.

 

Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, səhər saat 09:00-dan etibarən günün sonunadək Kotec qəsəbəsi, Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi, 26-cı məhəllə, Xəzər bağları, Bulvar və Mida Bulvar ərazilərində yaşayan ümumilikdə 12 min abonent içməli su ilə təmin olunmayacaq.

 

Qeyd olunub ki, fasilə magistral kəmərdə aparılan təmir-tikinti işləri ilə əlaqədardır.

Tarix: 7 İyun 2026, 22:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin