BURADA REKLAMINIZ OLA
BİLƏR

Salyan və Neftçalanın bəzi kəndlərində qazın verilişi dayandırılıb

Salyan və Neftçala rayonlarının bəzi yaşayış məntəqələrinə təbii qazın verilişi dayandırılıb.

 

Buna səbəb təmir-quraşdırma işlərinin aparılmasıdır.

 

İşlərlə əlaqədar olaraq iyunun 8-də saat 10:00-dan etibarən işlər başa çatanadək Salyan rayonunun Boranıkənd, Şorsulu, Dayıkənd, Seyidlər və Sarvan kəndlərinin, həmçinin Neftçala rayonunun Qaçaqkənd, Xolqaraqaşlı, Qırmızıkənd, Dördlər, Xolqarabucaq, Ramazanlı, Xanməmmədli, Qazaxbərəsi, Mürsəqulu, Xoltəzəkənd və Xəzərkənd kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

 

Təmir-quraşdırma işləri yekunlaşdıqdan sonra təchizat bərpa ediləcək.

Tarix: 8 İyun 2026, 10:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin