BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu nazirlikdə yüksək vəzifəli şəxslər işdən azad edildi - ADLAR

Mədəniyyət Nazirliyinin Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsinin müdiri Abduləlimov Ruslan Ələsgər oğlu və Kinematoqrafiya şöbəsinin müdiri Məmmədov Cahangir Tokay oğlu yaş həddi ilə əlaqədar vəzifədən azad ediliblər.

 

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov bu barədə əmr imzalayıb.

 

Həmçinin A. Kərimovun digər əmri ilə Mədəniyyət nazirinin müşaviri İsmiyev Aydın Cuməli oğlu öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.APA

Tarix: 10 Avqust 2020, 15:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin