BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir: Azərbaycan, Gürcüstan və Türkiyənin koordinasiyalı addımlar atması vacibdir

Azərbaycan, Türkiyə, Gürcüstan XİN başçıları üç ölkə arasında yeni layihələri müzakirə edib.

 

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, üç ölkə arasında hazırda həyata keçirilən layihələrin cari vəziyyəti müzakirə olunub:

 

"Hazırkı dönəmdə ortaya çıxan mövzular kontekstində yeni icra olunan layihələr barədə geniş fikir mübadiləsi apardıq. Ortaq çağırışlar nəzərə alındı".

 

Nazir qeyd edib ki, beynəlxalq və region səviyyədə olan münaqişələr, artan gərginlik fonunda bölgəmizin neqativ tendensiyalardan kənar qalması real deyil.

 

Onun sözlərinə görə, bunun nəticələri görünür:

 

"Ona görə də üç ölkənin bu sahədə koordinasiyalı şəkildə addımlar atması xüsusi önəm daşıyır".

Tarix: 8 İyun 2026, 16:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin