BURADA REKLAMINIZ OLA
BİLƏR

Adam oğurluğunda təqsirləndirilən dəstə üzvləri yenidən məhkəmə qarşısında

Adam oğurluğunda təqsirləndirilən Elxan Valiev, Əli Xangəldiyev və Vaqif Hüseynovun barəsindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq.


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Valiev və Əli Xangəldiyev 8 il 6 ay, Vaqif Hüseynov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: İstintaq orqanı tərəfindən Elxan Valiev, Əli Xangəldiyev və Vaqif Hüseynov barəsində Cinayət Məcəlləsinin 144.2.5 (Adam oğurluğu) və 133 (Əzab vermə) maddələri ilə yekun ittiham irəli sürülüb. Onlar bir kişi və bir qadını oğurlamaqda təqsirli bilinirlər.


Kamal Məmmədov 


Tarix: 9 İyun 2026, 08:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin