BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Ermənistanda sülh mövqeyindən çıxış edən Vətəndaş Müqaviləsi Partiyasının seçkidə qalib gəlməsi müsbət hadisə kimi qiymətləndirilə bilər”

“Hər bir ölkənin siyasi həyatında seçkilər mühüm əhəmiyyət daşıyır. Hər bir liderin öz ölkəsində keçirilən seçkilərdə qalib gəlməsi də mühüm hadisədir. Heç şübhəsiz ki, Ermənistanda bu gün sülh mövqeyindən çıxış edən Vətəndaş Müqaviləsi Partiyasının qalib gəlməsi də müsbət hadisə kimi qiymətləndirilə bilər. Amma ölkələr arasında qarşılıqlı təbriklər bu cür siyasi proseslərdə o vaxt mümkün olur ki, həm də ölkələr arasında diplomatik əlaqələr olmuş olsun”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

 

Deputat qeyd edib ki, hər nə qədər Azərbaycan 2020-ci ildə yaratdığı yeni reallıqdan sonra Ermənistan və Azərbaycan arasında əlaqələrdə müsbət dinamika müşahidə olunsa da, hələ bu günə qədər diplomatik əlaqələr bərpa olunmayıb: “Buna görə də düşünürəm, Azərbaycanın bu seçkidən sonra gözləntilərinin reallaşması üçün yeni imkanlar yaranıb. Bu da, şübhəsiz, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının referendum vasitəsilə çıxarılması məsələsidir ki, diplomatik əlaqələrin bərpası üçün əsas zəmin yarada bilər. Bundan sonra siyasi proseslərdə qarşılıqlı şəkildə müxtəlif addımların atılması mümkündür”.

 

Aytəkin Qardaşova

Tarix: 9 İyun 2026, 09:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin