BURADA REKLAMINIZ OLA
BİLƏR

Həcc ziyarətində olan sonuncu zəvvar qrupu bu gün qayıdacaq

Bu gün Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanında səfərdə olan sonuncu zəvvar qrupu vətənə qayıdır.

 

Bu barədə Pravda.az-a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

 

Son qrup iki təyyarə reysi ilə qayıdacaq:

 

"Birinci təyyarədə 150 nəfər zəvvar olacaq. Axşam reysi ilə isə sonuncu zəvvar qrupu vətənə qayıdacaq. Həmin reyslə 100 nəfər zəvvar gələcək. Zəvvarlarımızın sağlamlıq vəziyyəti ilə bağlı heç bir narahatlıq yoxdur”.

 

Qeyd edək ki, zəvvarların dönüşü iyunun 6-dan başlayıb. Bu il Azərbaycandan ziyarətə 1150 nəfər zəvvar getmişdi.  

Tarix: 9 İyun 2026, 09:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin