BURADA REKLAMINIZ OLA
BİLƏR

Bərdədə AĞIR QƏZA: Hərbçi öldü

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə bu gün səhər saatlarında rayonunun Soğanverdilər kəndi ərazisində qeydə alınıb.

 

Kənd ərazisində hərəkətdə olan "Toyota-Prius" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

 

Hadisə nəticəsində avtomobildə olan sərnişin, Ağdam rayon sakini Orxan Əliyev aldığı xəsarətlərdən ölüb, sürücü və daha bir sərnişin xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

Məlumata görə, hadisə zamanı həlak olan Orxan Əliyev hərbi qulluqçu olub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Oxu.az

Tarix: 9 İyun 2026, 10:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin