BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan ötən il sosial-iqtisadi inkişaf strategiyasının icrasına 6 milyard manat xərcləyib

Ötən il Azərbaycan "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya"sının icrasına 5 milyard 919,1 milyon manat xərcləyib.

 

Bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.

 

Qanun layihəsinə əsasən, ayrılmış vəsaitin 4 milyard 454,9 milyon manatı və yaxud 75,3 %-i işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri, 594,4 milyon manatı və yaxud 10 %-i dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri, 450,6 milyon manatı və yaxud 7,6 %-i dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan bir sıra təşkilatların büdcələri, 419,2 milyon manatı və yaxud 7,1 %-i isə strategiyanın layihələrinin maliyyələşdirilməsi xərcləri olub.

Tarix: 9 İyun 2026, 11:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin