BURADA REKLAMINIZ OLA
BİLƏR

İnsident yaradan "Gelandewagen" sürücüsü məsuliyyətə cəlb edildi - 77-UE-011 - VİDEO

Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

İyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində "Mercedes Gelandewagen" və "Kia" markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

 

Araşdırmalarla "Mercedes" markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.

 

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.

 

Tarix: 9 İyun 2026, 11:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin