BURADA REKLAMINIZ OLA
BİLƏR

Sahil Babayevdən strateji valyuta ehtiyatları ilə bağlı açıqlama: 88,4 milyard dollara çatdı

"Strateji valyuta ehtiyatlarımız 88,4 milyard dollara çatıb".

 

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbətinin ən aşağı olduğu ölkələrdən biridir: “Dövlət borcunun məzənnə və xarici bazar riskləri bu dövr ərzində azalıb. Orta ödəmə müddətimiz artıq 3,83 ilə çatıb. Strateji valyuta ehtiyatlarımız 88,4 milyard dollara çatıb ki, bu da ÜDM-i təqribən 15% üstələyir. Büdcəmiz profisitlə icra edilib. Büdcənin icrasında cari xərclərə nəzər saldıqda, qeyri-neft gəlirləri hesabına onların örtülməsi 92%-ə çatıb ki, bu da proqnozdan 7,5%-dən çoxdur. Bunu gələn il 100%-ə çatdırmağı hədəfləyirik”.APA

Tarix: 9 İyun 2026, 11:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin