BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir: Ötən il Azərbaycan üçün uğurlu olub ÜDM 129,1 milyard manata çatıb

2025-ci il Azərbaycan üçün növbəti uğurlu il olub. Ümumi Daxili Məhsulumuz 129,1 milyard manata çatıb və bu 2024-cü illə müqayisədə nominal olaraq, 2 faizlik artım deməkdir.

 

AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 9-da keçirilən iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı deyib.

 

O bildirib ki, 2025-ci il üzrə büdcə siyasətində iqtisadi artımın davam etməsi, makroiqtisadi sabitliyin, fiskal intizamın qorunması, büdcə qaydasına əməl edilməsi ilə yanaşı, əhalinin rifahı və sosial tədbirlərin tam maliyyələşdirilməsi, müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təminatının gücləndirilməsi, eləcə də Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı, rəqəmsal texnologiyaların, innovativ tətbiqlərin genişləndirilməsi, real sektorun inkişafının sürətləndirilməsi də prioritetdir.

Tarix: 9 İyun 2026, 11:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin