Azərbaycanda sosial şəbəkələrdə yaş məhdudiyyəti və uşaqların təhlükəsizliyi ilə bağlı yeni qaydalar tətbiq olunacaq.
Düşünürəm ki, Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsi sosial şəbəkələrdən istifadənin daha təhlükəsiz təşkili, uşaqların zərərli məzmunlardan qorunması və beynəlxalq platformaların Azərbaycanda fəaliyyətinin hüquqi çərçivəsinin müəyyənləşdirilməsi məqsədi daşıyır.
Layihəyə əsasən, 16 yaşına çatmamış şəxslərin sosial şəbəkə platformalarında hesab açmasına icazə verilməyəcək. Hesab yaradılarkən istifadəçinin yaşı müxtəlif texniki vasitələrlə yoxlanılacaq, 16-18 yaş arası istifadəçilər üçün isə valideyn razılığı tələb olunacaq.
Qanun layihəsində 16-18 yaşlı istifadəçilərin təhlükəsizliyinin təmin olunması üçün platformalara əlavə öhdəliklər qoyulur. Belə ki, valideynlər övladlarının hesablarında reklamların məzmununa və platformadan istifadə müddətinə nəzarət edə biləcəklər. Sosial şəbəkələr uşaqların sağlamlığına və psixoloji vəziyyətinə mənfi təsir göstərə biləcək məzmunların, eləcə də asılılıq yaradan alqoritmlərin qarşısını almaq üçün xüsusi texniki həllər tətbiq etməlidirlər.
Layihəyə görə, uşaqların həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəf və ləyaqətinə təhlükə yaradan məzmun aşkar edildiyi halda platformalar onun yayılmasını ən geci 24 saat ərzində dayandırmalıdır.
Eyni zamanda, yaşın yoxlanılması üçün toplanan fərdi məlumatların saxlanılması, üçüncü şəxslərə ötürülməsi və ya reklam məqsədilə istifadəsi qadağan edilir. Bu məlumatlar yoxlama prosesi başa çatdıqdan dərhal sonra silinməlidir.
Qanun layihəsi xarici sosial şəbəkə platformalarının Azərbaycanda fəaliyyətinə də yeni tələblər müəyyən edir. Azərbaycan istifadəçilərinə xidmət göstərən platformalar ölkədə rəsmi qeydiyyatdan keçməli, dövlət qurumları ilə operativ əlaqə üçün nümayəndəlik və ya əlaqə mərkəzi yaratmalıdırlar. Bu tələblərin yerinə yetirilməməsi halında maliyyə sanksiyaları, reklam məhdudiyyətləri və mərhələli şəkildə internet trafikinin azaldılması kimi tədbirlər nəzərdə tutulur.
Yeni qaydaların pozulmasına görə vəzifəli və hüquqi şəxslər üçün böyük məbləğdə inzibati cərimələr müəyyən edilir.
Qanunun əsas məqsədi uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin gücləndirilməsi, onların zərərli informasiyadan qorunması, şəxsi məlumatların mühafizəsi və sosial şəbəkə platformalarının fəaliyyətində məsuliyyət mexanizmlərinin artırılmasıdır.
Eyni zamanda qanun layihəsinin əsas üstünlüyü uşaqların rəqəmsal mühitdə daha etibarlı və təhlükəsiz qorunmasına xidmət etməsidir. Son illərdə sosial şəbəkələrin uşaqların psixoloji sağlamlığına, şəxsi məlumatlarının təhlükəsizliyinə və ümumilikdə inkişafına təsiri ilə bağlı narahatlıqlar bütün dünyada artır. Təklif olunan dəyişikliklər məhz bu risklərin minimuma endirilməsini hədəfləyir. Onu da qeyd etmək lazımdır ki, sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün çox vacibdir.
Hacıbəy Heydərli,
Mətbuat Şurasının Sosial Media İstifadəçiləri ilə Əlaqələr Komissiyasının sədri
18 İyul 15:39
18 İyul 15:21
18 İyul 15:10
18 İyul 15:00
18 İyul 14:51
18 İyul 14:29
18 İyul 14:17
18 İyul 14:07
18 İyul 14:02
18 İyul 13:56
18 İyul 13:31
18 İyul 13:28
18 İyul 13:21
18 İyul 12:57
18 İyul 12:54
18 İyul 12:48
18 İyul 12:39
18 İyul 12:23
18 İyul 12:10
18 İyul 11:58
18 İyul 11:40
18 İyul 11:26
18 İyul 11:24
18 İyul 11:14
18 İyul 11:04
18 İyul 10:53
18 İyul 10:52
18 İyul 10:43
18 İyul 10:38
18 İyul 10:33
18 İyul 10:20
18 İyul 10:04
18 İyul 09:55
18 İyul 09:20
18 İyul 08:31
18 İyul 07:16
18 İyul 06:31
18 İyul 06:28
18 İyul 06:26
18 İyul 03:59
18 İyul 00:50
18 İyul 00:45
17 İyul 21:48
17 İyul 21:17
17 İyul 21:08
17 İyul 21:05
17 İyul 19:58
17 İyul 19:39
17 İyul 18:56
17 İyul 18:52
17 İyul 18:42
17 İyul 18:36
17 İyul 18:29
17 İyul 18:25
17 İyul 18:14
17 İyul 17:59
17 İyul 17:56
17 İyul 17:52
17 İyul 17:50
17 İyul 17:41
17 İyul 17:41
17 İyul 17:29
17 İyul 17:19
17 İyul 17:15
17 İyul 17:05
17 İyul 16:57
17 İyul 16:53
17 İyul 16:44
17 İyul 16:37
17 İyul 16:34
17 İyul 16:28
17 İyul 16:24
17 İyul 16:16
17 İyul 16:13
17 İyul 16:02
17 İyul 15:54
17 İyul 15:48
17 İyul 15:37
17 İyul 15:32
17 İyul 15:28
17 İyul 15:22
17 İyul 15:19
17 İyul 15:14
17 İyul 15:00
17 İyul 14:53
17 İyul 14:39
17 İyul 14:17
17 İyul 14:12
17 İyul 14:07
17 İyul 13:42
17 İyul 13:39
17 İyul 13:23
17 İyul 13:15
17 İyul 13:07
17 İyul 12:58
17 İyul 12:55
17 İyul 12:47
17 İyul 12:38
17 İyul 12:34
17 İyul 12:16
17 İyul 12:09
17 İyul 12:04
17 İyul 11:56
17 İyul 11:54
17 İyul 11:48
17 İyul 11:43
17 İyul 11:40
17 İyul 11:30
17 İyul 11:27
17 İyul 11:23
17 İyul 11:22
17 İyul 11:17
17 İyul 11:11
17 İyul 11:08
17 İyul 11:05
17 İyul 11:03
17 İyul 10:57
17 İyul 10:55
17 İyul 10:45
17 İyul 10:34
17 İyul 10:29
17 İyul 10:24
17 İyul 10:20
17 İyul 10:19
17 İyul 10:17
17 İyul 10:12
17 İyul 10:11
17 İyul 10:07
17 İyul 10:03
17 İyul 09:37
17 İyul 09:33
17 İyul 09:30
17 İyul 09:25
17 İyul 09:20
17 İyul 09:17
17 İyul 09:10
17 İyul 08:35
17 İyul 08:30
17 İyul 08:24
17 İyul 08:11
17 İyul 08:03
17 İyul 07:53
17 İyul 04:10
17 İyul 03:21
16 İyul 23:49
16 İyul 21:29
16 İyul 21:11
16 İyul 20:19
16 İyul 19:57
16 İyul 19:11
Ən son xəbərləri səhifəmizdən də izləyin