BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezidentliyə keçmiş namizəd indi kuryer işləyir

Sosial şəbəkələrin Qırğızıstana aid seqmentində keçmiş deputat və Qırğızıstan Respublikasının keçmiş əmək naziri Ulukbek Koçkorovun görüntüləndiyi video geniş müzakirə predmetinə çevrilib. Kadrlarda onun ABŞ-də sifarişlər çatdırdığı, böyük ehtimalla kuryerlik etdiyini görmək olur.

 

Pravda.az Trend-ə istinadla xəbər verir ki,  bu barədə Qırğızıstan mediası yazıb.

 

Video geniş ictimai rezonans doğurub, çünki Koçkorov daha əvvəl yüksək dövlət vəzifələrində çalışıb, o cümlədən əmək və sosial inkişaf naziri olub və milli təhlükəsizlik orqanlarında fəaliyyət göstərib. O, 2017 və 2021-ci illərdə Qırğızıstanda keçirilən prezident seçkilərində iki dəfə iştirak edib.

 

Media məlumatlarına görə, keçmiş siyasətçi hazırda ailəsi ilə birlikdə Çikaqoda yaşayır. Koçkorov daha əvvəl istənilən vicdanlı əməyin ayıb sayılmamalı olduğunu bəyan edib.

Tarix: 9 İyun 2026, 18:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin