BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıtda qaz olmayacaq

Sumqayıt şəhərinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

 

"Azəriqaz"- dan verilən məlumata görə, şəhərin Xəzər bağları yaşayış massivində, Sürücülük məktəbinin arxasında yerləşən d76 mm-lik qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.

 

Bununla əlaqədar iyunun 10-da saat 12:00-dan etibarən ərazidə yerləşən təxminən 800 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Tarix: 10 İyun 2026, 10:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin