BURADA REKLAMINIZ OLA
BİLƏR

Hindistanın Baş naziri rekord qırdı 4399 günü tamamladı

Narendra Modi Hindistanın müasir tarixində ən uzun müddət fasiləsiz fəaliyyət göstərən Baş nazir olub.

 

AZƏRTAC xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb. İyunun 10-na olan məlumata görə, Modi Baş nazir kimi 4399-cu gününü tamamlayaraq Hindistanın ilk Baş naziri Cəvahirləl Nehrunun 4398 günlük rekordunu geridə qoyub.

 

Qeyd edək ki, Modi daha əvvəl keçmiş Baş nazir İndira Qandinin ən uzun fasiləsiz fəaliyyət rekordunu yeniləmişdi. O, Nehrudan sonra vəzifədə olduğu müddətdə ardıcıl üç parlament seçkisində qələbə qazanan ilk Baş nazir kimi tarixə düşüb.

Tarix: 10 İyun 2026, 11:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin