BURADA REKLAMINIZ OLA
BİLƏR

AZAL Oman Sultanlığının paytaxtına aviareys açacaq - FOTO

"Azərbaycan Hava Yolları" (AZAL) QSC aviaşirkəti Bakı-Maskat aviareysini açmağı planlaşdırır.

 

Bu barədə Azərbaycanın Omandakı səfirliyi məlumat yayıb

 

Bildirilib ki, AZAL Omanın paytaxtında Bakı-Maskat çarter reysinin təqdimat mərasimini keçirib.

 

Tədbirdə Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov iştirak edib.

 

Mərasimdə çıxış edən diplomat yeni reysin turizm, biznes və insanlararası əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.Oxu.Az

 

Tarix: 10 İyun 2026, 14:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin