BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbs edilən polkovnik azadlığa buraxıldı

Ötən gün həbs edilən "Aprel döyüşləri"nin iştirakçısı, ehtiyatda olan polkovnik Qadir Vəlişov azadlığa buraxılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Tofiq Şahmuradov məlumat yayıb.

 

"Dostlar indi Polkovnik Vəlişovun oğlu zəng etmişdi, dediyinə görə Prokrorluğun verdiyi vəsadətlə Polkovnik Vəlişov Qadir azadlığa buraxılıb" - qeyd edib.

 

Qeyd edək ki, Q.Vəlişov Beyləqan rayonunda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə saxlanılmışdı. Faktla əlaqədar Beyləqan Rayon Polis Şöbəsində (RPŞ) Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.

Tarix: 16 Dekabr 2019, 13:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin