BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni təmayül tədris modeli şagirdlərə nə vəd edir?

X-XI sinifləri əhatə edən yeni təmayül tədris modeli şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Əsas məqsəd şagirdlərin əlavə hazırlığa ehtiyac duymadan, məhz məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin isə məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Yeni model üzrə qəbulda 10-11-ci sinif şagirdləri iştirak edə bilərlər.

 

Yeni təmayül tədris modelinin əsas üstünlükləri aşağıdakılardır:

 

- Akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti

 

- Abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili

 

- Səriştəli müəllim kollektivi

 

- Aylıq sınaq imtahanlarının təşkili

 

- Akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklər.

 

 

Tarix: 10 İyun 2026, 15:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin