BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bolt taksi”dən ŞİKAYƏT - VİDEO

Gəncədə taksi sürücüləri iş şərtlərinə kütləvi şəkildə etiraza edib.

 

“Bolt taksi” xidməti ilə əməkdaşlıq edən sürücülər Gəncənin mərkəzi yollarının birinin kənarına toplaşaraq işi dayandırıblar. Onlar şirkətdən mövcud əməkdaşlıq şərtlərinin dəyişdirilməsini tələb ediblər.

 

Bəzi sürücülər deyir ki, uzun müddətdir əməkdaşlıq etdikləri şirkət getdikcə onlardan əlavə şərtlərin yerinə yetirilməsini tələb edir, əvəzində isə onların gəlirləri günü-gündən artmaq əvəzinə azalır.

 

Məsələ ilə əlaqədar sorğumuza cavab olaraq “Bolt taksi” xidmətindən  bildirildi ki, Gəncədə sürücülərin bir qrupunun qiymət siyasəti ilə bağlı narazılıqları və fəaliyyətlərini müvəqqəti olaraq məhdudlaşdırmaları barədə məlumatlıdırlar. Platformada qiymətlər bir sıra amillər, o cümlədən tələb və təklif nisbəti, bazar şəraiti və xidmətin əlçatanlığını nəzərə alan dinamik mexanizmlər əsasında formalaşır. Bolt sürücülərlə açıq dialoqa önəm verir və onların rəy və təkliflərini nəzərə almağa davam edəcək.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Tarix: 11 İyun 2026, 04:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin